/ / Azər Badamov: Ölkəmizdə əldə olunan inkişaf düzgün iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir
Azər Badamov: Ölkəmizdə əldə olunan inkişaf düzgün iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir
01.02.2018 [10:01]
“Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsasını təşkil edib. Son 14 ildə həyata keçirilən davamlı tədbirlər ölkəmizin yeni iqtisadi model yaratmasına gətirib çıxarıb. Bu gün Azərbaycan dövləti istər dayanıqlı iqtisadiyyatına, istərsə də regionların qısa zaman kəsiyində böyük inkişafına görə dünyaya yeni bir model təqdim edir. Prezident İlham Əliyevin müəllifi olduğu bu iqtisadi model Azərbaycanın son illərdə sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransla bağlı söyləyib.
Millət vəkili qeyd edib ki, ötən 14 ildə icra olunan Dövlət proqramları bölgələrimizin sosial-iqtisadi inkişafında əsaslı rol oynamaqla yanaşı, Azərbaycanın geniş bir regionda iqtisadi aktora çevrilməsinə də əhəmiyyətli təsir göstərib. Onun sözlərinə görə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla iqtisadi hədəflərin reallaşmasında mühüm dövlət siyasətinin tərkib hissəsini təşkil edir: “Bunu Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları ilə bağlı statistikada da görmək mümkündür. Cənab Prezident adıçəkilən konfransda çıxışında bildirdi ki, ötən on dörd il ərzində iqtisadiyyatımız 3,2 dəfə artıb. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə yüksəlib. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım var. Qeyri-neft ixracımız 4,1 dəfə artıb. Bu onu göstərir ki, ölkəmizdə əldə olunan inkişaf düzgün qurulmuş iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. İnvestisiyaların tam yarısını daxili sərmayənin təşkil etməsi bir daha göstərir ki, ölkəmizdə bu sahədə münbit şərait yaradılıb. Adambaşına düşən sərmayənin miqdarına görə Azərbaycan dünyada lider ölkələrdən biridir. Yeni investisiyalar, yeni sənaye və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi isə ölkədə işsizliyin aradan qaldırılması yönündə aparılan siyasətə böyük töfhədir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

