AZAL “Boeing” korporasiyası ilə yeni təyyarələrin alınmasına dair saziş imzalayıb
14.11.2017 [10:18]
“Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Boeing” Korporasiyası noyabrın 12-də beş ədəd “B787-8 Dreamliner” və iki ədəd “B747-8F” (və ya B777F) təyyarələrinin alınması barədə razılığa gəliblər.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təyyarələrin alınması ilə bağlı sazişi “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister imzalayıblar. Ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanmış sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. O deyib: “Yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirməyə və artan sərnişin axınının öhdəsindən gəlməyə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahələrində Azərbaycanın etibarlı tərəfdaşı olan “Boeing” korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq”.
AZAL-ın “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndirdiklərini deyən “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister bildirib ki, yeni “787 Dreamliner” təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur. Bu, yeni marşrutlar açmağa kömək edəcək və qarşıdakı illər ərzində onların uzunmüddətli uğurunu təmin edəcək.
“Azərbaycan Hava Yolları” QSC MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.
AZAL ən yeni təyyarə parklarından birinə sahibdir. Aviaşirkət “Boeing” korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda “Boeing 787 Dreamliner”, “Boeing 767” və “Boeing 757” təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq.
“Azərbaycan Hava Yolları”, həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini uğurlu istismarını davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

