/ / “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi yekunlaşdırılıb
“İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi yekunlaşdırılıb
01.12.2016 [09:52]
Noyabrın 30-da Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, belə layihələr dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə həyata keçirilən modernizasiya siyasətinin və Azərbaycan ilə Aİ arasında olan səmərəli əməkdaşlığın real nəticəsidir. Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 4 avqust tarixli Sərəncamına uyğun olaraq vergi sahəsində aparılan islahatlar da insan resurslarının davamlı inkişafını tələb edir. Bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza artıq yaradılıb. 27 ay davam edən Tvinninq layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa vergi administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrəniblər. Bu müddət ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi, insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb, 2 kitab nəşr olunub.
S.Ələkbərov layihə üzrə görülmüş və bundan sonra görülməsi nəzərdə tutulan işlərin ölkədə aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və vergi daxilolmalarının artımına öz töhfəsini verəcəyinə əminliyini diqqətə çatdırıb.
Aİ-nin Bakıdakı nümayəndəliyinin əməkdaşı Jeron Villeams çıxışında ölkəmizin Avropaya inteqrasiyasının bir qədər də dərinləşməsi istiqamətində həyata keçirilən proqramların əhəmiyyətinə toxunaraq, münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bildirib ki, bu layihə Azərbaycanın vergi sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində atılan mühüm addımlardandır.
Tədbirdə Fransanın Azərbaycandakı səfirliyinin 1-ci müşaviri xanım Fabienne Drout Lozinski, İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jose Luis Dies, Tvinninq layihəsinin rəhbərləri Asəf Əsədov, Qonzalo Qomez de Liano və Noel Claudion təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat veriblər.
Vergilər Nazirliyinin İnsan Resursları İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov bildirib ki, layihənin icrası zamanı dövlət vergi orqanlarında insan resurslarının idarə edilməsi sahəsində bir sıra təkmilləşdirmə işləri aparılıb, yeniliklər tətbiq edilib. Layihənin nəticəsi olaraq dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün daxili müsabiqənin keçirilməsi qaydaları, yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması mexanizmi yaradılıb. Görülən işlər çərçivəsində rəhbər vəzifəli şəxslərin seçilməsi və inkişafı üçün fərqli prosedurlar müəyyən edilib. Bu istiqamətdə “Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə Qaydaları” və “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması Qaydaları” adlı iki mühüm sənəd qəbul olunub. Layihənin icrasının yekunu olaraq nazirliyin insan resurslarının inkişafı üzrə yeni strategiyasının və tədbirlər planının layihələri hazırlanıb.
Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, vergi xidməti müşaviri Əli Həsənov Tvinninq layihəsinin komponentləri barədə məlumat verərək bildirib ki, artıq bu layihədən faydalanaraq e-tədris sisteminin tətbiqinə nail olunub. Bundan əlavə, təlim-tədris proseslərinin metodoloji və təşkilati bazasının təkmilləşdirilməsi məqsədilə bir sıra daxili təlimatlar, tövsiyələr, proqram təminatları hazırlanıb.
Layihə çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə İspaniya Krallığının Maliyyə Nazirliyinin Fiskal Tədqiqatlar İnstitutu arasında gələcək əməkdaşlığa dair memorandumun imzalanması üçün zəruri müzakirələr aparılıb və bu barədə şifahi razılıq əldə edilib.
Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı təmsilçiləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

