Tərtərdə aqrar sektorun inkişaf perspektivləri müzakirə olunub
28.07.2016 [10:06]
Uçot və statistika işinin düzgün qurulması, kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşmanın aparılması, istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, iri təsərrüfatların, kooperativlərin yaradılması aqrar sektorun inkişafı üçün vacib amillərdəndir.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri ilə Tərtər rayonunda keçirilən görüşdə bu barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, iyulun 27-də Ağdam rayonundan sonra, günün ikinci yarısında işçi qrupun üzvləri Tərtərə gəlib, Azad Qaraqoyunlu, Zolgörən, İrəvanlı kəndlərində və Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında pambıq və çuğundur əkini sahələrinə baxış keçiriblər.
Sonra Tərtər Rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
Rayon icra hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Tərtərdə aqrar sahədəki mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, rayonda 1000 hektardan artıq sahədə pambıq səpini aparılıb. Gələn il 3 min hektardan çox pambıq əkini aparılması planlaşdırılır. Bu il, həmçinin uzun fasilədən sonra 1 tona yaxın barama tədarük edilib. Növbəti illərdə 4-5 ton barama istehsalı nəzərdə tutulur. Eyni zamanda, bildirilib ki, bu il 12 min 214 hektar taxıl sahəsindən 41 min 233 ton məhsul əldə olunub.
Müşavirədə çıxış edən işçi qrupun rəhbəri Azər Əmiraslanov aqrar islahatlardan, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf perspektivlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Bunun nəticəsində aqrar sektorda əsaslı dəyişikliklər baş verməkdədir.
İşçi qrupun fəaliyyət istiqamətlərini şərh edən A.Əmiraslanov diqqətə çatdırıb ki, qrup tərəfindən indiyədək 40-dan çox rayona səfərlər təşkil edilib, kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılıb və bununla bağlı müşavirələr keçirilib.
Qeyd edilib ki, dövlət kənd təsərrüfatını prioritet sahə kimi elan edib. Ölkədə aqrar sahədə yeni mərhələ başlayır. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı istiqamətində böyük işlər görülür. Əvvəllər yalnız taxıl istehsalçılarına subsidiyalar verilirdisə, indi artıq pambıq, tütün istehsalçılarına da subsidiyalar ayrılır. Gələn ildən barama istehsalçılarına da subsidiya verilməsi nəzərdə tutulur.
Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Rayonda suvarma suyu ilə təminatın yaxşılaşdırılması, korporasiyaların yaradılması, tingçilik təsərrüfatlarının texnikalarla təmin edilməsi, respublikanın müxtəlif yerlərində ağac tinglərinin satışının təşkili və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

