/ / Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilib
Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilib
10.06.2016 [10:00]
İyunun 9-da Bakıda dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasının plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda DYƏT-in, onun təftiş komissiyasının və nəqliyyat hüququ komissiyasının 2015-ci ildəki fəaliyyəti, birbaşa dəmir yolu bağlantısı Konvensiya layihəsinin mətninin qəbul edilməsi üzrə Beynəlxalq Konfransa hazırlıq, DYƏT-in 2017-ci və qarşıdakı illər üçün fəaliyyət proqramı, üzvlük haqlarının ödənilməsi, DYƏT Komitəsinin 2016-cı il üçün yekun və 2017-ci il üçün ilkin büdcəsi, DYƏT-in Təftiş komissiyasının üzvlərinin tərkibi və ardıcıllığı, DYƏT-in Nazirlər Müşavirəsinin 45-ci sessiyasının keçirilmə tarixi, yeri və gündəliyi haqqında və BMT-nin İqtisadi Komissiyasının “Ümumavropa və Avrasiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna doğru” iş üzrə DYƏT-in Komitə sədrinin məlumatı üzrə məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının və dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına olduqca böyük əhəmiyyət verir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın hazırda nəqliyyat sahəsində reallaşdırdığı layihələrdən danışıb. Bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində görülən işlərin böyük hissəsi yekunlaşıb. “Gürcüstan ərazisində artıq işlər bitib. Hazırda abadlıq işləri aparılır. Türkiyə isə əldə olunan razılığa əsasən tikinti işlərini 2016-cı ilin sonunda yekunlaşdıracaq. Bundan sonra Avropaya ən qısa və ucuz yolla yükdaşıma həyata keçirmək mümkün olacaq”, - deyə C.Qurbanov vurğulayıb.
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov təşkilata üzv olan ölkələri dəmir yolu sahəsində əlaqələri genişləndirməyə çağırıb.
O bildirib ki, burada iştirak edən ölkələr yaranmış şəraitdən istifadə edərək iqtisadi inkişafı sürətləndirə bilər. Təbii ki, infrastrukturumuzun inkişafı da qarşımızda duran əsas məsələlərdəndir və biz bu tapşırığın öhdəsindən gəlməliyik.
Daha sonra tədbir iştirakçıları Azərbaycan dəmir yolunun inkişaf tarixindən bəhs edən film izləyiblər.
Qeyd edək ki, Nazirlər Müşavirəsinin 44-cü sessiyası çərçivəsində DYƏT-in 60 illik yubileyi də qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

