Qeyri-neft məhsullarının ixracı üçün güclü dəstək
03.03.2016 [10:11]
Aydın Hüseynov: Dövlət başçısının Fərmanı yerli istehsalçıların istehsal imkanlarını stimullaşdıracaq
“Prezident İlham Əliyevin imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmana əsasən, Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara bir sıra güzəştlər ediləcək, dövlət dəstəyi göstəriləcək”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Fərman ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılması və stimullaşdırılması, investisiya fəaliyyətinin genişləndirilməsi, sənaye istehsalının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Sənəddə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ölkəmizin qeyri-neft qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının artırılması, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə də əsaslı zəmin yaradacaq”.
Millət vəkili qeyd edib ki, investisiya təşviqi sənədi almış sahibkarlar üçün vergi və gömrük güzəştləri tətbiq ediləcək: “Həmin şəxslərin əldə etdikləri mənfəətin 50 faizi 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad ediləcək. Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə 7 il müddətinə torpaq vergisi ödəməkdən azad ediləcəklər. Həmçinin investisiya təşviqi sənədini almış sahibkarlar üçün gömrük güzəştləri də nəzərdə tutulub. Belə ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə gömrük rüsumlarından azad ediləcəklər. Sənaye texnoparklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının da 7 il ərzində gömrük rüsumlarından azad edilməsi nəzərdə tutulub”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

