Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb
26.02.2016 [10:16]
Moskvada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin Rusiyada ilk turizm nümayəndəliyi olan “Tour a Vent” şirkətinin təntənəli təqdimatı keçirilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq ölkəmizi təmsil edən ilk turizm agentliyinin açılmasını böyük hadisə adlandırıb. Səfir vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirir və bu sahənin qeyri-neft sektorunun inkişafında mühüm amil olduğunu diqqətə çatdırır. Azərbaycanın geniş turizm imkanlarından söhbət açan P.Bülbüloğlu turizm operatorlarını respublikamıza qastronomik turlar təşkil etməyə, toplaşanları isə Azərbaycana səfərə dəvət edib. “Əminəm ki, Azərbaycandan razı qayıdacaqsınız!”, - deyə səfir vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov yeni turizm agentliyinin açılmasının iki ölkənin turizm sənayesi arasında əməkdaşlıqda dönüş nöqtəsi olacağını qeyd edib. Rusiyanın Azərbaycanın turizm potensialının inkişafında mühüm rol oynadığını deyən nazirliyin rəsmisi ölkəmizə gələn turistlərin 30 faizdən çoxunu rusiyalıların təşkil etdiyini diqqətə çatdırıb, Moskvada yeni açılan “Tour a Vent” agentliyinin bu əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyini söyləyib. V.Şixəmmədov bildirib ki, agentliyin funksiyası Azərbaycanın turizm imkanlarını Rusiya bazarında təbliğ və təmsil etməkdir.
Tədbirdə çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Rusiya “Turizm Agentlikləri Alyansı” Assosiasiyasının icraçı direktoru Natalya Osipova, Rusiya Turizm Operatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin və başqaları iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənməsini yüksək qiymətləndiriblər. Qədim tarixi, füsunkar təbiəti, mülayim iqlimi və ən başlıcası mehriban insanları ilə zəngin Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa oyunları, mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin turistlərin bu ölkəyə axınının daha da artmasına səbəb olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, “Formula 1” yarışması barədə, “Şahdağ” Turizm Mərkəzi, “Jumeirah Bilgah Beach” oteli, Qafqaz otelləri, Park İnn, Naftalan otellərinin nümayəndələri təqdimatlar keçiriblər.
Təqdimat mərasimində, həmçinin Azərbaycan Turizm Assosiasiyası, “Azərbaycan Hava Yolları” QSC ilə Rusiya “Turizm Agentlikləri Alyansı” Assosiasiyası, Rusiya Turizm Operatorları Assosiasiyası, eləcə də Ulyanovsk Turizm Sənayesi Assosiasiyası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb və ikitərəfli görüşlər keçirilib.
Təqdimat mərasimində keçirilən lotereya oyununda Azərbaycana həftə sonu turları, tematik turlar, eləcə də “Formula-1” yarışmasının Qran-pri mərhələsinə biletlər qazanılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

