/ / Vətəndaşların və sahibkarların qanunla qorunan mənafelərini pozanlara qarşı sərt mübarizə davam edəcək
Vətəndaşların və sahibkarların qanunla qorunan mənafelərini pozanlara qarşı sərt mübarizə davam edəcək
28.10.2015 [10:07]
Son günlərdə MTN-in və digər nazirliklərin ayrı-ayrı yüksəkvəzifəli şəxsləri barəsində həbs qətimkan tədbirinin seçilməsi bir daha təsdiqləyir ki, belə hallara yol verənlər kimliyindən, tutduğu qulluq mövqeyindən asılı olmayaraq ciddi cəzalandırılacaqlar
Son günlərdə ölkəmizdə liberal biznes mühitinin optimallaşdırılması məqsədilə hüquqi-qanunvericilik bazasının möhkəmləndirilməsi ilə paralel surətdə, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrə yol verən, iş adamlarını incidən, onların qarşısında öz korporativ məqsədlərini təmin etmək üçün qeyri-qanuni tələblər irəli sürən yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı müvafiq cəza tədbirləri görülür. Qeyd edək ki, bəhs olunan məsələlərlə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilən 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qətiyyətli siyasi iradə ortaya qoyub. Dövlət başçısı yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını vurğulayaraq problemlərin aradan qaldırılmalı olduğu haqqında son xəbərdarlıq edib. Respublikamızda korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində ciddi sistem, institusional və cəza xarakterli tədbirlərin həyata keçirildiyini nəzərə çatdıran dövlət başçısı bu prosesin qarşıdan gələn dövrdə daha da gücləndiriləcəyini bəyan edib.
Nazirlər Kabinetinin bəhs olunan iclasından sonra Azərbaycanda liberal bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olmasına, o cümlədən də qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafına maneçilik yaradan amillərin aradan qaldırılması, bütün sahələrdə şəffaflığın təmin edilməsi istiqamətində sərt mübarizəyə start verilib. Dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilib ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmaları və onlara qarşı qanunsuz tələblər irəli sürmələrindən narazıdırlar.
Milli Təhlükəsizlik Nazirliyinin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozub, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırıb, onların qanuni mənafelərinə zərbə vurub, bununla da ümumilikdə cəmiyyəti və dövlətin maraqlarını tapdayıblar. MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etməsi, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanıb.
Bu və digər faktlarla əlaqədar son günlərdə Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinə qarşı cəza tədbirləri görülüb. Nazirliyin bəzi əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Bu günlərdə, həmçinin digər nazirliklərin qanun pozuntusuna yol verən bəzi vəzifəli şəxsləri barəsində də sərt cəza tədbirləri görülüb. “Trend” İnformasiya Agentliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işinin açılmasına dair xəbər yayıb. Verilən məlumatda bildirilir ki, Yasamal rayon Məhkəməsinin qərarı ilə İB-nin sabiq rəhbəri barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Nazirlər Kabinetinin bəhs olunan iclasında Prezident İlham Əliyevin ölkədəki bəzi neqativ halların aradan qaldırılması ilə bağlı qətiyyətli siyasi iradə ortaya qoymasından sonra milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, MTN-in və bir sıra digər nazirliklərin ayrı-ayrı vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması bir daha təsdiqləyir ki, ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması hallarına qarşı sərt mübarizə başlayıb və belə hallara yol verənlər kimliyindən, tutduğu qulluq mövqeyindən asılı olmayaraq cəzalandırılacaqlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

