Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib
23.10.2015 [10:34]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələrdən, o cümlədən dövlət başçısının səsləndirdiyi iradlardan, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi mühüm vəzifələrdən və verdiyi tapşırıqlardan söz açıb. Doqquz ayın yekunları ilə bağlı sektor üzrə inkişaf dinamıkasına da toxunan nazir Prezident İlham Əliyevin yaxından diqqət və qayğısı sayəsində respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ümumilikdə qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu, bu inkişaf tendensiyasının rabitə və yüksək texnologiyalar sahəsində də öz təsdiqini tapdığını qeyd edib.
Kollegiya iclasında 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 9,6 faiz artıb. Sahə üzrə sektorda əldə olunan gəlirlərin təxminən 81,1 faizi isə özəl sektorun payına düşüb. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Ölkə üzrə əhalinin 75 faizi internet, 65 faizi isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərrüfatlarının 58,3 faizində kompyuter var və 75,2 faizi ev təsərrüfatı internetə çıxışa malikdir. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99 faizi açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib.
Bundan başqa, hesabat dövründə ölkədə çoxsaylı informasiya resurslarının, xidmətlərin yaradılması, onlardan istifadənin genişlənməsi və informasiya sistemlərinin qlobal məkana inteqrasiyasının genişlənməsi fonunda TİER III texniki tələblərinə uyğun Data Mərkəzinin qurulması sona çatdırılıb və ABŞ-ın “UpTime İnstitute” təşkilatı tərəfindən sertifikatlaşdırılması təmin edilib.
İclasda cari il noyabrın 1-də keçiriləcək beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərinə hazırlıq vəziyyəti haqda məruzə edilib.
Daha sonra məruzələr ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov ölkə başçısının qarşıya qoyduğu əsas vəzifələrə yenidən toxunaraq, sektor üzrə qazanılmış inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün əsas prioritetlərdən söz açıb, müvafiq Fərman, Sərəncam və Dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb. Nazir sektorda xidmət keyfiyyətinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişafına xidmət edən, rəqabətqabiliyyətli məhsul istehsalına əsaslanan ixracyönümlü layihələrə xüsusi diqqət verilməsi, özəl sektorun və innovativ sahibkarlığın fəaliyyəti üçün geniş imkanlar yaradılmasına və inkişafına dəstək verən liberal addımların atılması, vahid rəqəmsal bazar konsepsiyası üzərində işlərin davam etdirilməsi, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına yönələn elektron xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi, mobil rabitə və genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlərin sürətləndirilməsi, kosmik sahə üzrə layihələrin icrasının davam etdirilməsi, poçt sektorunun rentabelli fəaliyyətinin təmin edilməsi məqsədilə modern poçt xidmətlərinin çeşidlərinin artırılması, kibertəhlükəszilik və informasiyaların qorunması sahəsində tədbirlərin gücləndirilməsi, eyni zamanda noyabr ayının 1-də Milli Məclisə keçirilən seçkilər çərçivəsində dairə və məntəqələrin keyfiyyətli rabitə ilə təmin edilməsi, müşahidə kameralarının fasiləsiz işinin təşkili ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02

