Aydın Hüseynov: Azərbaycan rəqabətqabiliyyətliliyə görə, MDB-də ilk yerdə dayanır
05.09.2014 [09:42]
Dünya İqtisadi Forumu dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini müəyyən edən “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015” hesabatını dərc edib. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşıb. Ötən il respublikamız sözügedən hesabatda 39-cu yeri tutmuşdu. Beləliklə də, son bir il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında 1 pillə irəliləyib.
Hesabatı şərh edən Yeni Azərbaycan Partiyası (YAP) İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun fikrincə, rəqabətqabiliyyətliliyin müəyyən olunması üçün 12 göstəricidən istifadə edən Forumun hesabatında Azərbaycan bütün göstəricilər üzrə yaxşı nəticələr əldə edib. “Ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Respublikamız ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlayır. Hesabata əsasən, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu yeri, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-cı yeri tutub. ÜDM-nin həcminə görə, ölkəmiz 70-ci pillədə qərarlaşıb. İnflyasiyanın səviyyəsinə görə isə Azərbaycan birinci yerdə qərarlaşıb. Həmçinin, ölkəmizin “əmək bazarının səmərəliliyi”, “texnoloji səviyyə”, “maliyyə bazarının inkişafı” göstəriciləri üzrə də mövqeyi yaxşılaşıb”.
Aydın Hüseynov bildirib ki, ölkəmizin yeni reytinqdə mövqeyinin yaxşılaşması Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. “Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub. Ölkədə ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. 2013-cü ilin nəticələrinə görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz artıb”.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavininin fikrincə, son 9 ildə ölkəmiz “Qlobal rəqabət qabiliyyəti indeksi” hesabatları üzrə 31 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2014-cü ildə 38-ci yerədək irəliləyib: “2005-2013-cü illər ərzində Azərbaycanla yanaşı, MDB ölkələri arasında yalnız Qazaxıstan və Rusiyanın rəqabət qabiliyyəti indeksləri yüksəlib. Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015” hesabatında biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi (biznesin qeydiyyatı) göstəricisi üzrə dünya ölkələrinin top-onluğuna daxil edilib”.
A.Hüseynov qeyd edib ki, respublikamızın hesabatda mövqeyinin yaxşılaşması xarici investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına, yeni sərmayə qoyuluşlarına səbəb olacaq. Yeni investisiyalar isə regionlarda yeni müəssisələrin yaradılması, əlavə iş yerlərinin açılması, məşğulluğun səviyyəsinin yüksəlməsi üçün güclü zəmin deməkdir. Eyni zamanda, bu tədbirlər sayəsində insanların həyat şəraiti ilə bağlı sosial göstəricilər də yaxşılaşacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

