“Qərbi Çıraq” platformasında ilk neft hasil olunub
30.01.2014 [09:41]
“Azəri-Çıraqlı-Günəşli” yataqlar blokunun bir hissəsi olan “Qərbi Çıraq” platformasında ilk neft hasil olunub.
AzərTAc xəbər verir ki, bu münasibətlə yanvarın 29-da bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell mətbuat konfransı keçirib.
Q.Birrel bildirib ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru olan bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində “Qərbi Çıraq” platformasından neft hasilatına başlayıb. “Qərbi Çıraq” platformasından hasilatın başlanması ilə 2010-cu ildə sanksiya verilmiş “Çıraq Neft Layihəsi” (ÇNL) başa çatıb.
“Qərbi Çıraq”dan hasilat yanvarın 28-də öncəqazma quyularının birindən başlayıb. Neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud sualtı ixrac boru kəməri ilə Səngəçal terminalına ixrac ediləcək. Hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.
bp şirkətinin regional prezidenti məlumat verib ki, “Qərbi Çırağ”ın hasilata başlaması nəhəng AÇG yataqlar blokunun işlənməsində əlamətdar hadisədir: “Qərbi Çıraq” bizim Xəzər dənizində təhlükəsiz və səmərəli şəkildə inşa və istismar etdiyimiz səkkizinci dünya səviyyəli dəniz platformasıdır. Bu vaxtadək AÇG blokundan 2,3 milyard bareldən artıq neft hasil edilib. Hasilata başlamış bu yeni platforma ilə bərabər, yeni texnologiyalara və qurğulara gələcəkdə də davamlı investisiyaların qoyulması ilə AÇG hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz hasilatını davam etdirəcək”.
bp-nin regional prezidenti deyib ki, AÇG yatağının operatoru olan bp şirkəti və tərəfdaşlarımız hasilatın optimallaşdırılması və yatağın neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində bizi addım-addım irəliyə aparacaq səyləri davam etdirmək əzmindədirlər: “İnanırıq ki, bu layihə AÇG yatağından hasilatın sabitləşdirilməsi və “Qərbi Çıraq” platformasından daha çox quyular qazmaqla neftvermə əmsalının artırılması istiqamətində atılmış böyük bir addımdır”.
Sualtı boru kəmərlərini, yeni platformanın dayaq blokunu və üst modullarını inşa etmiş və quraşdırmış, əksəriyyəti azərbaycanlı olan minlərlə insana ötən dörd il ərzində göstərdikləri fədakarlığa və mükəmməl nəticəyə görə minnətdarlığını bildirən Q.Birrel qeyd edib ki, bu hadisə bizim Xəzər dənizində planlaşdırma, tikinti və əməliyyatlar sahəsində sanballı təcrübəmizi davam etdirməyə qadir olduğumuzu bir daha göstərir.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, “Qərbi Çıraq” platforması dənizin 170 metr dərinliyində, mövcud “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında quraşdırılıb. Yeni platformanın layihə gücü gündəlik 183 min barel neft təşkil edir. Platforma, həmçinin gündəlik 285 milyon standart kub qaz ixrac etmək gücündədir.
“Çıraq Neft Layihəsi” (ÇNL) AÇG yataqlar bloku üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün xərclənib, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyuların qazılmasına sərf olunacaq. Bu iri investisiya AÇG yataqlar bloku layların neft verməsini optimallaşdırmağa xidmət edəcək.
“Qərbi Çıraq” platformasının tikintisi Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq yerli ehtiyatlardan istifadə etməklə tamamilə ölkə daxilində həyata keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

