Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub
22.04.2026 [16:58]
Energetika naziri Pərviz Şahbazovla İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla İrlandiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Parlamentlərarası əlaqələrin münasibətlərin möhkəmləndirilməsində, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rolu vurğulanıb. Enerji sahəsində mövcud qlobal çağırışlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sabit və etibarlı enerji təchizatçısı kimi verdiyi töhfələr qeyd olunub. Ölkəmizin xam neft və təbii qaz ixracı, həmçinin enerji sisteminin şaxələndirilməsi çərçivəsində bərpaolunan enerji mənbələrinin inkişafı və regionlararası yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. İrlandiya nümayəndə heyəti ölkələrinin enerji keçidi siyasəti, bərpaolunan enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdıraraq, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Görüşdə ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft təchiz edildiyi qeyd olunub. Mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, həmçinin İrlandiya şirkətləri Azərbaycanda bərpaolunan enerji layihələrinə, o cümlədən istehsal və ötürmə sahələrinə investisiya yatırmağa dəvət olunub.
Söhbət zamanı İrlandiya tərəfinin “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı məsələsinə də toxunulub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

