Azərbaycanda pambıq sahələrinin sığortasına başlanılıb
20.04.2026 [19:30]
Azərbaycanda dövlət aqrar sığorta mexanizmi ilə pambıq əkinlərinin sığortalanması mövsümünə start verilib. Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar Aqrar Sığorta Fonduna müraciət edərək, dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə əkinlərini sığorta edə bilərlər.
Fonddan AZƏRTAC-a bildirilib ki, pambıq Azərbaycanda becərilən strateji kənd təsərrüfatı bitkilərindən biri, ölkədən xaricə ixrac edilən əsas qeyri-neft məhsullarındandır.
Hazırda Azərbaycanın 20-yə yaxın rayonunda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Pambıq tarlalarının böyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır.
Pambıq əkinləri bölgə əhalisinin gəlirlərinə və iqtisadi vəziyyətinə ciddi təsir edir. Hazırda ölkəmizdə 15 minə yaxın fermer pambıq əkini ilə məşğuldur. Fermer ailələrinin iqtisadi vəziyyəti və rifah halı böyük dərəcədə məhz pambığın gətirdiyi gəlirlərdən asılıdır.
Təbiət hadisələrinə qarşı həssas olan pambıq əkinləri müxtəlif səbəblərdən zərər görə bilər. Pambıq sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər.
Lakin Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrar sığorta bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədək zərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə 2,2 milyon manatdan artıq ödəniş edilib. Belə ki, ölkəmizdə 2023-cü ildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə 4 min hektar əraziyə dəymiş zərərlər üzrə 880 min manat, 2025-ci ildə isə 2064 hektar pambıq sahəsində baş vermiş hadisələr üzrə fermerlərə 958 min manat sığorta ödənişi həyata keçirilib.
Əlli faizlik dövlət dəstəyi sayəsində fermerlər pambıq sahəsini cüzi ödənişlə sığorta edə bilərlər. Ölkənin əksər ərazilərində 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat arasında dəyişir.
Son aylar Azərbaycanda baş verən təbiət hadisələri, güclü yağışlar və sel-subasma digər sahələr kimi pambıq əkinləri üçün də böyük risk yaradır. Bu halların gətirdiyi zərərin qarşısını almaq üçün ən effektiv üsul pambıq sahələrini vaxtında sığorta etməkdir.
Pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54

