Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq
27.01.2026 [11:36]
Bakıda keçirilən Azərbaycan-İsrail Biznes Forumunda yeni tərəfdaşlıq imkanları müzakirə olunub
Azərbaycan və İsrail sabitliyin tərəfdarıdır. Diplomatik əlaqələr dostluğumuzu daha da gücləndirib və bu, hər iki tərəf üçün faydalıdır. Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə söyləyib. Qeyd edib ki, Azərbaycanda yəhudilər həmişə sülh şəraitində yaşayıblar və ikitərəfli münasibətlərin inkişafına töhfə verirlər. O, bildirib ki, ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlər inkişaf edərək daha da möhkəmlənməkdədir. İqtisadi əlaqələrin artmasımda Hökumətlərarası Birgə Komissiyanın iclasları müsbət rol oynamaqdadır. Hazırda 124 İsrail şirkəti Azərbaycanda fəal iş və layihələr həyata keçirir. Ənənəvi olaraq enerji sahəsi böyük əməkdaşlıq istiqamətlərindən biri və birincisidir. 2025-ci ildə ilk dəfə əlaqələr enerji resurslarından kənara çıxıb, SOCAR ilk dəfə İsrailin Aralıq dənizi sahillərində həyata keçirilən qaz layihəsində 10 faizlik pay alıb və bu enerji sahəsində yeni əməkdaşlığa dərin zəmin yaradıb. Bu, etimadın, münasibətlərin irəliyə aparılmasının nümunəsidir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan-İsrail münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir. Ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə strateji əhəmiyyət daşıyır. Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr və strateji dialoq formatı xüsusi önəm daşıyır, siyasi münasibətlərdəki möhkəm dostluq iqtisadi sahədə əməkdaşlığın genişlənməsini də təmin edir.
Birgə sərmayə qoyuluşları artır
Azərbaycan və İsrail biznes icması və iqtisadi strukturları arasında intensivləşən münasibətlər iqtisadi-ticari, investisiyalar üçün yeni imkanlar açır. Həmçinin, davamlı xarakter alan Biznes-Forumlar sahibkarlar arasında təşəbbüskarlığı daha da artırır. Həmçinin, İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır.
Bakıda keçirilən Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və İsrail siyasi və institusional səviyyələrdə uzunmüddətli əməkdaşlıqla dəstəklənən möhkəm siyasi etimad və konstruktiv dialoq təməlinə malikdir. Yüksək səviyyəli əməkdaşlıq ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayır: “Azərbaycan və İsrail arasında əməkdaşlıq investisiyaların təşviqi və qarşılıqlı qorunması, habelə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərlə dəstəklənir. Bunlar işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır. Hər iki ölkə genişspektrli sektorlar üzrə real nəticələr verən güclü və praqmatik tərəfdaşlıq qurub. Məsələn, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İsrailin “OurCrowd” şirkəti arasında imzalanmış və icra olunan strateji əməkdaşlıq sazişi vasitəsilə Azərbaycan tərəfi enerji, səhiyyə, kiber-təhlükəsizlik, aqro-qida və təhsil texnologiyalarına diqqət yetirməklə texnologiya və biznes əlaqələrimizin genişləndirilməsinə yönəlmiş investisiyalar həyata keçirir.
M.Cabbarov vurğulayıb ki, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vacib sahələrindən biri enerji sektorudur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp və “NewMed” ilə tərəfdaşlıqda İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üçün lisenziyalar alıb və kəşfiyyat mərhələsində operator kimi çıxış edir. Eyni zamanda, “Tamar” qaz yatağının 10 faizlik payının əldə edilməsi bu tərəfdaşlığın güclənməsini əks etdirir. Əczaçılıq sektorunda İsrail şirkəti Azərbaycanda layihə həyata keçirilməsini davam etdirir.
Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə israilli kommersiya qurumlarına geniş sərmayə imkanları yaradılıb. Eləcə də ölkəmizdə İsrail investisiyalı 130 kommersiya qurumu fəaliyyət göstərir.Qarşılıqlı investisiyaların dəyəri təxminən 600 milyon dollardır. İsrail qarşılıqlı sərmayələri təşviq edən münbit iqlimi dəyərləndirərək Azərbaycana investisiya yatırımlarını artırmaq istəyir.
Münasibətlər turizm sahəsində də inkişaf edir. 2025-ci ildə İsraildən Azərbaycana gələn turistlərin sayı 2024-cü illə müqayisədə 2 dəfədən çox artıb və 60 min israilli turist Azərbaycana səfər edib. Tərəflər qarşılıqlı uçuşların sayını daha da artırmağı nəzərdə tutur.
Biznes təşəbbüslərində ortaq sadiqlik
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə bildirib ki, Azərbaycan-İsrail Biznes forumu tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyi nümayiş etdirir.
Qeyd olunduğuna görə, 2025-ci ildə Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 78 milyon dollar olub. Azərbaycanın İsrailə qeyri-neft ixracı 27 faiz artaraq 2024-cü ilin eyni dövründəki 16 milyon dollardan təxminən 20,3 milyon dollaradək artıb.
Y. Abdullayev əlavə edib ki, AZPROMO Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığının gücləndirilməsində fəal rol oynamağı hədəfləyir. “Biz “Bir pəncərə” prinsipi ilə işləyirik və xarici investorlara ilk sorğudan tutmuş layihənin tam icrasına qədər tam dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın ixracını xaricdə təşviq edirik. İxrac missiyaları, beynəlxalq sərgilərdə birgə iştirak, bazar araşdırması və sertifikatlaşdırma dəstəyi daxil olmaqla dəstək mexanizmləri vasitəsilə yerli istehsalçılara yeni bazarlara çıxmağa kömək edirik”.
Biznes assosiasiyaları arasında Anlaşma Memorandumu
Tərəflər arasında ötən illərdə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, iqtisadi sahəyə dair anlaşma memorandumları ticari-investisya dinamikasını artırıb. Son illərdə ticari mübadilələrin həcmləri artaraq 1 milyard dollara yaxınlaşıb.
Qeyd edək ki, Bakıda keçirilən Biznes Forum çərçivəsində Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman imzalayıblar. Sənədə əsasən, iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında fikir mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Yanvar 23:42
İqtisadiyyat
27 Yanvar 23:15
Dünya
27 Yanvar 22:57
YAP xəbərləri
27 Yanvar 22:44
İqtisadiyyat
27 Yanvar 22:31
Dünya
27 Yanvar 22:09
İqtisadiyyat
27 Yanvar 21:46
İdman
27 Yanvar 21:22
Dünya
27 Yanvar 21:10
Dünya
27 Yanvar 20:51
Sosial
27 Yanvar 20:38
Dünya
27 Yanvar 20:14
Dünya
27 Yanvar 19:40
Daxili siyasət
27 Yanvar 19:32
Hadisə
27 Yanvar 19:18
Dünya
27 Yanvar 18:17
Dünya
27 Yanvar 17:26
Xəbər lenti
27 Yanvar 16:55
YAP xəbərləri
27 Yanvar 16:38
YAP xəbərləri
27 Yanvar 16:32
Sosial
27 Yanvar 15:52
Sosial
27 Yanvar 15:24
Siyasət
27 Yanvar 15:05
Xəbər lenti
27 Yanvar 14:56
Dünya
27 Yanvar 14:33
Dünya
27 Yanvar 14:25
Dünya
27 Yanvar 13:31
Dünya
27 Yanvar 13:12
Dünya
27 Yanvar 12:45
Sosial
27 Yanvar 12:42
Turizm
27 Yanvar 12:41
Siyasət
27 Yanvar 12:32
Dünya
27 Yanvar 12:29
Sosial
27 Yanvar 12:29
Siyasət
27 Yanvar 12:28
İqtisadiyyat
27 Yanvar 12:22
Elm
27 Yanvar 12:21
İqtisadiyyat
27 Yanvar 12:20
Hadisə
27 Yanvar 12:20
Gündəm
27 Yanvar 12:18
Sosial
27 Yanvar 12:07
Gündəm
27 Yanvar 11:58
Siyasət
27 Yanvar 11:52
Gündəm
27 Yanvar 11:38
İqtisadiyyat
27 Yanvar 11:36
YAP xəbərləri
27 Yanvar 11:28
Sosial
27 Yanvar 11:23
İqtisadiyyat
27 Yanvar 11:18
İqtisadiyyat
27 Yanvar 11:17
Sosial
27 Yanvar 10:49
İqtisadiyyat
27 Yanvar 10:33
Analitik
27 Yanvar 10:14
Elanlar
27 Yanvar 10:04
Siyasət
27 Yanvar 09:51
Hadisə
27 Yanvar 09:43
Analitik
27 Yanvar 09:38
Sosial
27 Yanvar 09:13
Dünya
27 Yanvar 08:57
Sosial
27 Yanvar 08:30
Sosial
27 Yanvar 08:30
Sosial
27 Yanvar 08:28
Ədəbiyyat
27 Yanvar 08:25
Gündəm
27 Yanvar 08:10
Dünya
26 Yanvar 23:15
Dünya
26 Yanvar 22:49
Dünya
26 Yanvar 22:24
Dünya
26 Yanvar 21:57
Dünya
26 Yanvar 21:20
Sosial
26 Yanvar 20:45
Dünya
26 Yanvar 19:51

