Qlobal istiləşmə iqtisadiyyata zərər vurur
01.07.2025 [09:47]
Dünya Bankı əmək bazarında ciddi itkilərin yaranacağını ehtimal edir
Dünya Bankı (DB) qlobal istiləşmənin planetə ekoloji fəsadları, o cümlədən iqtisadi-sosial təsirləri barədə uzunmüddətli ehtimallarını açıqlayıb. Bankın Qlobal Fəlakət Riskinin Azaldılması Fondu ilə birlikdə hazırladığı “Dözülməz: Avropa və Mərkəzi Asiya şəhərləri daha isti gələcəkdə necə yaşaya və inkişaf edə bilər” adlı hesabatında qeyd edilir ki, Avropa və Mərkəzi Asiya regionu ölkələri davamlı şəkildə temperatur artımı ilə üzləşir və bu, yaxın onilliklərdə istilərlə bağlı ölüm hallarının üç dəfə artmasına səbəb olacaq. Temperatur artımları demoqrafik böhranla yanaşı, bu bölgə ölkələrində əlavə dəyər zəncirini pozacaq və 2050-ci ilə qədər regionun illik ÜDM-nin 2,5 faiz azalması ilə nəticələnəcək.
Temperatur artımı regionda 87 mindən çox iş yerini qapadıb
DB-nin proqnozlarına görə, ekstremal isti hava şəraiti nəqliyyatın işində maneələr törədir, enerji sistemlərində yüklənmələrə səbəb olur, quraqlıq və yanğınları gücləndirir. Eyni zamanda, havanın keyfiyyətini pisləşdirir, xüsusilə tikinti, nəqliyyat və turizm kimi sahələrdə istehsal həcmlərini və əmək qabiliyyətini azaldır. Bu isə əhalinin 70 faizindən çoxunun yaşadığı həmin regionun böyük şəhərlərində isti günlərin sayı əsrin ortalarına qədər üç dəfədən çox arta bilər. Cənubi Avropa və Türkiyə xüsusilə həssas olacaq bəzi şəhərlərdə isti hava şəraiti hər il 40-70 gün daha çox davam edə bilər.
Dünya Bankınının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sameh Vahba qeyd edib ki, istilik dalğaları şəhərləri yaşamaq üçün daha az əlverişli edir. Belə hava şəraiti xüsusilə yaşlı insanlar, uşaqlar və yoxsul əhali təbəqələri üçün çətinlik yaradır, ölüm riskləri artır. DB ilə partnyorluq edən Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına görə, son illərdə qlobal istiləşmə iqtisadi və sosial sahəyə mənfi təsirlərini artıraraq əmək bazarını da sarsıdır. Belə ki, 2023-cü ilə qədər regionda temperatur artımı səbəbindən 87 mindən çox iş yeri itirilib. Onlardan 22 min 200-ü Özbəkistanda, 17 min 800-ü Azərbaycanda, 16 min 100-ü Türkiyədə qeydə alınıb.
Qlobal istiləşmənin 2030-cu ilə qədər Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı proqnozunda bildirilir ki, əmək bazarına ölkədə bütün iş saatlarının 0,38 faizi itirilib. Ölkənin şəhərlərində sektorlar üzrə itkilər isə tikintidə 0,76 faiz, sənayedə 0,36 faiz, xidmət sektorunda 0,8 faiz təşkil edib. Proqnozlara görə, 2030-cu ildə Azərbaycanda xidmət sahəsində iş saatlarının 1 faizi, sənayedə 3 faizdən çoxu, tikintidə isə 7 faizə qədəri itirilə bilər.
Dünya Bankı itki riskini azaltmaq üçün artıq bu gün uyğunlaşma tədbirlərinin tətbiq edilməsini tövsiyə edir. Bunlara erkən xəbərdarlıq sistemləri, həssas rayonlarda sərinləmə mərkəzləri, istiyə davamlı tikinti materialları və iqlimyönümlü şəhərsalma planlaması daxildir.
Azərbaycan qlobal birliyi sıfır CO2 emissiyasına çatmağa çağırır
Azərbaycan hökuməti DB, BMT və digər beynəlxalq qurumların tövsiyələrinə ciddi yanaşaraq qlobal istiləşmənin təsirlərinin azaldılması üçün sistemli tədbirlər həyata keçirməkdədir. 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq hədəfi seçən Azərbaycan enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpaolunan enerji mənbələrini də daim diqqət mərkəzində saxlayır. Ölkəmiz ilk növbədə, enerji hasilatında yaranan qalıq yanacaqların səviyyəsini azaltmaq üçün xüsusi strateji plan hazırlayaraq həyata keçirməkdədir. Azərbaycan enerji mənbələrinin şaxələndirilməsi və istixana qazı emissiyalarının azaldılması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliyə məsuliyyətlə yanaşaraq emissiyanı 1,5C-ə qədər azaltmaq üçün səylərini artırır. Günəş, külək enerjisi, termal sular və digər bərpaolunan enerji mənbələrinə sərmayə qoymaqla, bu sahədə xarici şirkətlərlə birgə layihələr icra edir. Qarabağ və Şərqi-Zəngəzurun, Naxçıvanın “Yaşıl Enerji” zonası elan edilməsi bu hədəflərə çatmaqda əsas planlardan biridir.
Respublikamız, həmçinin bu məqsədlərə nail olmaq üçün qlobal səyləri artırır. COP29 çərçivəsində sıfır CO2 emissiyasına çatmaqda yeni iqlim platforması yaratmaqla nümunəvi ölkə olduğunu nümayiş etdirdi. Bütün bu addımların hər biri məhz DB-nin irəli sürdüyü təhlükəli iqlim problemləri ilə üzləşməmək üçün vaxt itirmədən həyata keçirilən strategiyadan irəli gəlir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50

