Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib
06.05.2025 [20:17]
Vergi orqanları tərəfindən vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin müasirləşdirilməsi və rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına onların icazəsi ilə çıxış əldə edilməsi vergi ödəyicilərinin hüquqlarına aiddir.
Eyni zamanda, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq əmtəələrin mövcudluğunun, təcrübəyə, işçilərə və digər resurslara malik olmasının yoxlanılması məqsədilə onlar barəsində müvafiq təsdiqedici sənədlər almaq vergi ödəyicilərinin vəzifələri sırasındadır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib. Qaydalara uyğun olaraq, eyni zamanda, Dövlət Vergi Xidmətinin inzibati yükünü artırmadan onun informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə, yaxud idarə edilməsinə imkan verən “Kontragentləri araşdır” yeni elektron xidməti yaradılıb.
“Kontragentləri araşdır” elektron xidmətindən istifadə gücləndirilmiş elektron imza vasitəsilə vergi ödəyicilərinin vergi orqanlarında olan elektron kabinetləri üzərindən həyata keçirilir. Bu zaman sorğu edən şəxs müvafiq ekran vasitəsilə qarşı tərəfin (kontragentin) VÖEN-ini daxil etməklə ona vergi orqanında olan, o cümlədən kommersiya (vergi) sirri təşkil edən məlumatlara baxış imkanının verilməsi ilə bağlı sorğu göndərir. Sorğu edilən tərəf (kontragent) bu sorğunu qəbul və ya məlumatların açıqlanmasından imtina edə bilər.
Xidmətdən istifadə nəticəsində digər dövlət qurumları, bank və başqa maliyyə təşkilatları tərəfindən vergi ödəyicilərinin DVX-yə yönləndirilməklə kağız daşıyıcısında təsdiq olunmuş arayışlar əldə etməsinə ehtiyac qalmır. Eyni zamanda, elektron xidmət vergi ödəyicilərinin əmtəəsiz əməliyyat aparan (riskli), şəffaf fəaliyyət göstərməyən ticarət partnyorları ilə bağlı riskləri minimallaşdırmağa imkan verəcək.
Elektron xidmət bir çox imkanlara malikdir. Bu xidmət vergi ödəyiciləri üçün kontragentlər ilə işin risklərinin qiymətləndirilməsinə, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində tərəfdaşları haqqında DVX-də mövcud və qanuni (leqal) sayılan məlumatların əldə olunmasına, sorğu edən və sorğu göndərilmiş vergi ödəyicisinin fəaliyyəti ilə bağlı məlumatlara baxmasına və fəaliyyətinin qiymətləndirilməsinə imkan verir.
Bununla yanaşı, “Kontragentləri araşdır” elektron xidməti ictimai nəzarət funksiyasını yerinə yetirməklə vergi ödəyicilərinin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələrini təşviq edəcək. Belə ki, qarşı tərəfin müvafiq məlumatların əldə olunması barədə sorğulardan imtina etməsi biznes fəaliyyəti zamanı sonradan yarana biləcək maliyyə itkilərinin və digər neqativ halların qarşısını almağa imkan verəcək.
Eyni zamanda, kontragentlərlə bağlı məlumatların əldə olunması imkanı riskli vergi ödəyiciləri ilə əməliyyatların sayının azalmasına, riskli əməliyyatların aparılmasına görə Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin, əlavə vergi hesablamaların qarşısının alınmasına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

