Azərbaycanda bank əmanətlərinin həcmi 35,7 faiz artıb
24.07.2013 [09:42]
2012-ci il iyunun 1-nə nisbətən kommersiya banklarının kredit qoyuluşlarının həcmində də 26,3 faiz artım qeydə alınıb
Ölkədə fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il iyunun 1-nə 11 434,8 milyon manat təşkil edib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 550,3 milyon manat və ya 15,7 faiz, bu ilin əvvəlindən isə 735,6 milyon manat və ya 6,9 faiz artıb.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, Depozitlərin tərkibində 5 891,5 milyon manat və ya 51,5 faiz ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci ilin iyunun 1-nə nisbətən 1 549,8 milyon manat və ya 35,7 faiz, o cümlədən, bu ilin əvvəlindən 778,1 milyon manat və ya 15,2 faiz artıb.
Eyni zamanda, hüquqi şəxslərin depozitləri iyunun 1-nə 5 543,4 milyon manata bərabər olub. Bu göstərici son bir ildə 0,6 milyon manat və ya 0,01 faiz artsa da, ilin əvvəlindən 42,5 milyon manat və ya 0,8 faiz azalıb.
Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 653,3 milyon manat və ya 47,9 faiz maliyyə təşkilatların depozitləri, 2 890,1 milyon manat və ya 52,1 faiz qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.
Azərbaycan fəaliyyət göstərən kommersiya banklarının kredit qoyuluşlarının həcmi isə 2013-cü il iyunun 1-nə 13 406,3 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin anoloji dövrü ilə müqayisədə 2 794,8 milyon manat və ya 26,3 faiz çoxdur. Kommersiya banklarının kredit portfelinin strukturunda birinci yeri hələ də ev təsərrüfatlarına verilən kreditlər tutur. Belə ki, bu cür kreditlərin payına 5 088,7 milyon manat və ya ümumi həcmdən 38,0 faiz düşür.
Eyni zamanda, bu ilin yanvar-may ayları ərzində bankların kredit qoyuluşları 685,8 milyon manat və ya 5,4 faiz artıb, təkcə may ayında isə 115,8 milyon manat və ya 0,9 faiz azalıb.
Cari ildə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının mənfəətləri də artıb. Belə ki, 2013-cü ilin yanvar-may aylarında ümumilikdə 143,94 milyon manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Bu rəqəm 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,5 dəfə çoxdur. Cari ilin yanvar-may aylarında bankların faiz gəlirləri 636,71 milyon manat, faiz xərcləri 325,16 milyon manat təşkil edib və nəticədə faiz mənfəəti 311,55 milyon manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 170,28 milyon manat, qeyri-faiz xərcləri isə 287,86 milyon manat təşkil edib və bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 117,58 milyon manat həcmində zərər yaranıb.
Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 21 faiz, qeyri-faiz zərəri isə 22,9 faiz artıb. Beləliklə, bankların yekun mənfəətinin kəskin artması əməliyyatlar üzrə gəlirliyin, əməliyyat və ya faiz xərclərinin azalması nəticəsində baş verməyib. Bu, ilk növbədə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların kəskin azalması ilə bağlı olub. Belə ki, ötən ilin 5 ayı ilə müqayisədə bu ayırmalar 103,95 milyon manatdan 49,94 manatadək azalıb. Ümumi mənfəətin artımı isə 85,72 milyon manat, o cümlədən, faiz mənfəətinin artımı 54,36 milyon manat, qeyri-faiz zərəri isə 21,87 milyon manat artıb.
Məlumat üçün bildirək ki, 2013-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın 39 kommersiya bankı mənfəətlə, 4-ü isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 145,31 milyon manat, zərərlə işləyən bankların məcmu zərəri isə 8,12 milyon manata bərabər olub.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

