Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə dövriyyə 6,1 milyard manatı ötüb

Yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə dövriyyə 6,1 milyard manatı ötüb

08.04.2025 [21:58]

Azərbaycanda indiyədək 105 min 694 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Cari ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 596,2 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30