Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Macarıstan Azərbaycanın Avropaya açılan qapısıdır.

Macarıstan Azərbaycanın Avropaya açılan qapısıdır.

19.06.2013 [12:54]

Səfir Jolt Çutora: «Bakı-Budapeşt birbaşa  hava reysinin açılması ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə səbəb olacaq»

«Bu gün Azərbaycanla Macarıstan arasında əməkdaşlıqda tarixi bir hadisə gerçəkləşir. İyunun 18-də gecə yarısı Budapeştdən qalxan sərnişin dolu təyyarə səhər saatlarında artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında yerə enəcək. Bu, mənim  ən böyük arzum idi və nəhayət, o, reallaşdı. Odur ki,  özümü çox xoşbəxt hiss edirəm». Bu sözləri Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora ötən gün keçirdiyi mətbuat konfranısında səsləndirdi. Tədbir Macarıstanın «Wizz Air» şirkətinin Azərbaycan paytaxtına birbaşa hava reysinin açmasına həsr olunmuşdu.

Jolt Çutora həmçinin, qeyd edib ki, ölkələrimiz  arasında əlaqələrə  iki il yarım öncə yeni impuls verilib. Beldə ki, 2011-ci ildə Macarıstanın  prezidenti Pal Smitt, 2010 və 2012-ci illərdə isə  baş nazir Viktor Orban Azərbaycanda səfərdə olublar . Bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin macarıstana səfəri gerçəkləşəcək. Diplomatın sözlərinə görə, bütün bu səfərlər ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə, eyni zamanda ticarət dövriyyəsinin artmasına öz müsbət təsiri göstərəcək.

«Yeni birbaşa hava reysin fəaliyyətə başlaması ilə Macarıstan Azərbaycanın Avropaya açılan qapısı olacaq. Belə ki, daha ucuz qiymətə Budapeştə gələn azərbaycanlı iş adamları, sərnişinlər, buradan asanlıqla Avropa İttifaqına üzv olan istənilən ölkəyə sərfəli qiymətlərlə uçmaq imkanı əldə edəcəklər. Belə ki, «Wizz Air» şirkətinin təklif etdiyi tariflər digər aviaşirkətlərlə müqayisədə daha aşağıdır»,-deyə səfir vurğulayıb. Diplomat, həmçinin, Budapeştdən Bakıya uçan ilk təyyarənin sərnişinləri arasında onun yaxın qohumları və dostlarının da olduğunu bildirib.

Wizz Air» şirkətinin baş icraçı direktoru Yojef Varadi isə tədbirdə əvvəlcə şirkətin fəaliyyəti haqda ə ətraflı məlumat verərək, qeyd edib ki,  Bakı şəhəri hazırda şirkətin ən uzaq Şərq uçuş nöqtəsidir. Onun sözləriə görə, bu uçuş əaqələrin inkişafına öz töhfəsini verəcək: "Azərbaycan Macarıstan əlaqələri son iki ildə dinamik inkişaf edib və biz bu əlaqələrin inkişafında öz töhfəmizi verməkdən məmnunuq. Bizim təyyarələrimiz dünyanın 33 ölkəsinin 93 məntəqəsinə  uçuşlar həyata keçirir. Uçuşları müasir 44 ədəd «Airbus A320»  modelli təyyarələr yerinə yetirir. Təyyarə parkımızda orta yaş həddi 3,5 il təşkil edir ki, bu da uçuşların tam təhlükəsiz həyata keçirilməsinə şərait yaradır».

2012-ci ildə , «Wizz Air» şirkətinin təyyarələri ilə 12 milyon sərnişin daşındığını qeyd edən Yozef Varadi, cari ildə bu rəqəmin 13,5 milyonadək yüksələcəyinə inandığını bildirdi. «Hesablamalarımıza görə, bu il Bakı-Budapeşt reysindən təqribən 30 min sərnişin istifadə edəcəkdir. Qarşıdakı illərdə, bu rəqəmin daha da artacağını gözləyirik»,-deyən Y.Varadi, yeni hava reysinin xidmətindən yalnız  macarıstanlıların deyil, digər qonşu ölkələrdən olan sərnişinlərin də istifadə edəcəklərinə inandığını söylədi.  

 «Wizz Air» şirkətinin rəhbərinin sözlərinə görə, Bakıdan Budapeştə uçuş qiyməti 39,9 avro təşkil edəcək. Bu qiymətə təyyarənin göyərtəsində göstərilən xidmətlər daxil deyildir. Sərnişinlər, öz istəyinə uyğun olaraq, həmin xidmətlərdən(yemək, içki və s.) yararlana biləcəklər.

Xatırladaq ki,  «Wizz Air» şirkətinə məxsus təyyarələr həftədə iki gün uçuşları həyata keçirəcəklər.  Bazar ertəsi Budapeştdən qalxan «Airbus A320» çərşənbə axşamı Heydər Əliyev Beynəlxalq Hava Limanından geriyə kurs götürəcək. Şənbə günü Bakıya gələn təyyarə isə bazar günü geri qayıdacaq.

Şirkət rəhbəri , daha sonra, yeni hava reysinin rentabelli olacağına da inandığını söylədi.

 

Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 1430 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30