/ / Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının iclasında növbəti ilin yükdaşıma kvotaları müəyyən edilib
Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının iclasında növbəti ilin yükdaşıma kvotaları müəyyən edilib
18.12.2024 [23:47]
Türkiyənin Ankara şəhərində “Beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Türkiyə Qarışıq Komissiyası”nın iclası keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, iclasda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzimlənməsinə dair mühüm məsələlər müzakirə edilərək qərarlar qəbul olunub. Tərəflər beynəlxalq daşımaların ikitərəfli ticarətdə oynadığı mühüm rolu nəzərə alaraq sahənin inkişafı üçün birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.
Qeyd edilib ki, Türkiyə ilə Azərbaycan arasında “İcazə” blanklarının elektron şəkildə mübadiləsinə və verilməsinə imkan verən “E-Permit” sisteminin yaradılması və inteqrasiya işləri uğurla yekunlaşıb. Bildirilib ki, layihənin uğurla həyata keçirilməsi nəticəsində ölkələrimiz arasında ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqinə başlanılıb və ilk sınaq daşınmaları yerinə yetirilib. Elektron icazənin tətbiqi ilə dekabrın 16-da Türkiyə daşıyıcı şirkətinə məxsus ilk yük avtomobili Azərbaycana çatıb. Elektron “İcazə” blankı alan, Azərbaycandan yola düşən ilk yük avtomobilinin isə dekabrın 18-də Türkiyə ərazisinə daxil olması gözlənilir.
İclasda statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları ətrafında müzakirələr aparılıb, iki ölkə arasında yükdaşımaların həcminin artdığı xüsusi qeyd olunub.
Həmçinin Türkiyə və Azərbaycan daşıyıcıları tərəfindən beynəlxalq daşımalarda istifadə olunan “İcazə”lərin sayı barədə müzakirələr aparılıb. 2025-ci il üçün fiziki “İcazə” blanklarının kvotası yükdaşımalar üzrə ikitərəfli/tranzit 65000 ədəd, tranzit 85000 ədəd, 3-cü ölkəyə/ölkədən 15000 ədəd, Azərbaycan daşıyıcıları üçün Limandan yük alma/3-cü ölkəyə/ölkədən 5000 ədəd və beynəlxalq sərnişin daşımaları bərpa olunduğu təqdirdə qeyri-müntəzəm daşımalar üçün 200 ədəd müəyyən edilib.
Eyni zamanda beynəlxalq yükdaşımalar üçün gələn il üzrə elektron “İcazə” blanklarının ilkin kvotası ikitərəfli 500 ədəd və tranzit 15000 ədəd müəyyən edilib.
Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün “İcazə” blanklarının sayı 15500 ədəd artırılaraq 2025-ci il üzrə 185700 ədəd təyin edilib.
Elektron sistemin il ərzində istifadə səviyyəsindən asılı olaraq mübadilə edilən fiziki “İcazə” blanklarının elektron icazələrlə əvəz edilə biləcəyi barədə razılığa gəlinib. Qeyd edilib ki, ehtiyac olduğu təqdirdə istifadə səviyyəsinə uyğun olaraq fiziki və ya elektron “İcazə” blanklarının əlavə mübadiləsi aparılacaq. “İcazə” blankları növbəti il yanvarın 31-dək etibarlı olacaq.
Eyni zamanda Taxoqraf kartlarının Türkiyədə çap edilməsi ilə bağlı texniki heyətlər arasında görüşlərin davam etdirilməsi və E-CMR ilə əlaqədar birgə işlərə başlanılması barədə qərara gəlinib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

