Əməkdaşlığın yeni gündəliyi
12.12.2024 [08:43]
Serbiya Azərbaycanla təmiz enerji layihələrinə hazırlaşır
İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Serbiya Baş nazirinin birinci müavini Sinişa Mali ilə keçirilən videokonfrans formatında görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən energetika sektorunda birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın və Serbiyanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək dəyərləndirən Sinişa Mali bunu qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və Serbiya arasında imzalanmış müqavilə və sənədlər müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.
Azərbaycan qazı hesabına...
Qeyd edək ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi koalisiyasında yer alan Avropa İttifaqı (Aİ) ölkələrindən biri kimi Serbiya ilə sıx əməkdaşlıq 2 ilə yaxındır ki, müsbət dinamika üzrə davam etməkdədir. Ölkəmizin enerji tədarükü şaxəsinə qoşulan Serbiya maye yanacaqla təchiz edilən 12-lik ölkələri sırasında ilk yerlərdən birini tutur. 2023-cü ildə Azərbaycanın Energetika Nazirliyi ilə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi, eləcə də SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu və qaz satışına dair Müqavilə imzalanıb. Həmin sənədlərin icrası ötən ildən təmin edilməyə başlayıb və Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması mümkün olub. Ölkəmiz Serbiyaya ilk mərhələdə illik 400 milyon kub metr qaz tədarük etsə də, nəql həcmləri artıqca yanacağın təchizatının da çoxaldılması nəzərdə tutulur. Gələcəkdə qaz tədarükünü 1 milyard kub metrə çatdırılması ilə bağlı razılaşmalar əldə edilib.
Serbiya da “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmaq istəyir
Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Belə ki, yanacağın Balkan regionuna nəqli üçün yaradılan yeni infrastrukturların və müasirləşdirilən konnektorların əlaqələndirilməsi, bir-birinə inteqrasiyasında rəsmi Belqrad xüsusi iradə göstərir. Bu səylərin nəticəsində Azərbaycan qazının digər Balkan ölkələrinə də çatdırılması mümkün olacaq. Belə ki, Azərbaycan qazının ötürücü innektorlar vasitəsilə Bosniya-Hersoqevina və Monteneqroya çatdırılması da nəzərdə tutulur. Bu isə Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir.
Serbiya ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpa- olunan enerji mənbələrinin tədarükündə də maraqlı tərəf kimi fəallıq nümayiş etdirir. Serbiyanın mədənçilik və energetika naziri Dubravka Handanoviç bildirib ki, enerji tərəfdaşlığının müasir trendi olan “yaşıl enerji” sahəsində əlaqələrin qurulması Belqrad hökumətinin prioritetlərindən biridir. O, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsinə xüsusi maraq göstərdiklərini və həmin dəhliz vasitəsilə nəql olunacaq Azərbaycanın “yaşıl enerji” ehtiyatlarının əldə edilməsinə maraqlarını ifadə edib.
COP29 sammitində əldə edilmiş anlaşma
Hər iki ölkənin hökumət üzvlərinin və enerji şirkətlərinin nümayəndələrinin COP29 sammiti çərçivəsində keçirilən görüşləri zamanı da müzakirələr sırasında əsas prioritet alternativ enerji proqramında birgə əməkdaşlığın qurulması ilə bağlı olub. Tərəflər arasında əldə edilmiş anlaşmaya əsasən, bərpaolunan enerjinin və “yaşıl hidrogen”in istehsalı və ötütrülməsi, gələcəkdə mayeləşdirilmiş təbii qaz (LNG) ixracı üçün xüsusi infrastruktur bazasının qurulması, SOCAR-ın Serbiyada qaz elektrik stansiyasının tikintisində iştirakı məqsədilə qarşılıqlı investisiya imkanlarının səfərbər olunması nəzərdə tutulur. Həmçinin, “yaşıl texnologiya”ların tətbiqi, karbon emissiyası, utilizasiya, elektromobillik, təmiz enerji saxlancı infrastrukturu və “yaşıl maliyyə”ləşdirmə istiqamətlərində əməkdaşlıq həyata keçiriləcək.
Bütün bunlar Azərbaycanın bərpaolunan enerji resurslarını tədarük etməklə yanaşı, Serbiyanın enerji təchizatının şaxələnməsi və təmiz enerjiyə keçidinə, “yaşıl iqtisadiyyat” quruculuğuna töhfə verməsinə səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

