İpoteka Fondu daha çox kredit versə də...
10.12.2024 [09:15]
Bankların öz vəsaitləri hesabına ayırdığı kreditlərdə artım yoxdur
2024-cü ilin III rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Mərkəzi Bankın (MB) “Kreditləşmə fəaliyyətinə dair sorğu” hesabatında bildirilir ki, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İpoteka Kredit və Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməsə də, daşınmaz əmlak bazarındakı dalğalanmalar, bankların kapital və likvidlik mövqeyi ilə bağlı vəziyyət kredit şərtlərinin sərtləşməsində rol oynayan əsas faktorlar hesab edilir. Eləcə də bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar sırasında olub. Yəni, əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit bazarına təsir edib və şərtlər yumşalmayıb. Banklar növbəti rübdə, yəni 2024-cü ilin son aylarında da kredit standartlarında dəyişiklik olmayacağını gözləyir. Bu, həm İKZF-nin hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditlərində gözlənilir.
Tələb daha böyükdür, kredit isə azdır
Sorğuya əsasən, III rübdə ölkədə ipoteka kreditlərinə tələb azalıb. Tələbdəki azalmanın əsas hərəkətverici faktoru daxili ipoteka kreditləri ilə bağlıdır. İpoteka Fondu öz resursları hesabına kreditləşməni normal məbləğlərdə təmin etsə də, banklar öz vəsaitləri hesabına kredit ayrılmasında xəsislik edib. Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 383,1 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çoxdur. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,4 faiz artaraq 378,8 milyon manat olub. Ancaq, bankların daxili resurslarında artım baş verməyib.
Qeyd edək ki, ölkəmizdə ipoteka kreditlərinin ümumi illik həcmi təxminən 3,2 milyard manat təşkil edir. Bu məbləğ müəyyən qədər böyük olsa da, qaneedici hesab olunmur. Çünki ölkədə mənzil bazarının ehtiyaclarını nəzərə aldıqda ipotekalaşma ümumi tələbin 30-40 faizini belə ödəmir. İpoteka kreditlərinə tələbin azalması şərtlərin çətinliyi ilə yanaşı, ipoteka mexanizmindəki əlçatanlığın səmərəli olmaması ilə bağlıdır. Kreditlərin bütün sosial qruplara şamil olunmaması, yaş amili və digər məhdudiyyətlər kreditlərə çıxışın qarşısını alır. İpoteka götürənlərin sayının azalmasına bir səbəb də insanların istehlak xərclərinin artması müqabilində gəlirlərinin azalmasıdır. Bu amil daha çox rayonlarda nəzərə çarpır.
İpoteka kreditlərinin 90 faizindən çoxu paytaxtda cəmləşir
Qiymətləndirmələrə əsasən, ipoteka kreditlərinin 90 faizindən çoxu, yəni 3 milyard manatı Bakının payına düşür. Sumqayıt və Gəncə şəhərlərini çıxsaq, rayonlarda ipotekaya çıxış, demək olar ki, yox dərəcəsindədir. Belə ki, ipoteka kreditlərinin 5,2 faizi Sumqayıtın, 2,1 faizi Gəncənin payına düşür. Yerdə qalan 2,2 faiz nisbətində kreditlər respublikamızın digər rayonlarının payına düşür ki, bu da maliyyə məbləği baxımından 72,9 milyon manat deməkdir. Ölkə üzrə ümumilikdə 3,3 milyard manat həcmində ipoteka portfelinin cəmi 72 milyon manatının rayonlarda cəmləşməsi bölgələrdə ipoteka sisteminin zəif işləməsini göstərir.
İpoteka kreditlərinin əsas etibarilə paytaxtda cəmləşməsinin başlıca səbəblərindən biri burada maaşların məbləğinin daha yüksək olmasıdır. Bölgələrdə yaşayan insanların əməkhaqqı ilə paytaxtda çalışanların əməkhaqqı arasındakı fərqlə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin aprel ayına qədər olan dövrdə Bakı şəhərində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı təxminən 1243,7 manat təşkil edib. Paytaxtın rayonları arasında da maaş fərqləri mövcuddur və ən yüksək əməkhaqqı Pirallahı və Səbail rayonundadır, təxminən 2100-2250 manata bərabərdir. Sonrakı yerlərdə Qaradağ, Xəzər, Xətai, Nəsimi, Nizami və Nərimanov rayonlarıdır.
İpotekaya əlçatanlığın təmin edilməsi məqsədilə...
Bütün bunlar bir daha fondun kredit coğrafiyasının paytaxtdan regionlara yönləndirilməsi və sosial kateqoriyaların durumu nəzərə alınmaqla, ipotekanın şərtlərinin regionlar üzrə yumşaldılması zərurətlərini də aktuallaşdırır. Qeyd edək ki, bölgələrdə yaşayan müxtəlif sosial kateqoriyaların ipotekaya əlçatanlığının təmin edilməsi uzun müddətdir ki, müzakirə olunur. Bununla bağlı “İpoteka haqqında” qanuna yeni dəyişikliklər layihəsi də hazırlanıb. Dəyişikliklər əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə ipoteka kreditlərinə çıxışın asanlaşdırılmasını nəzərdə tutur və müxtəlif sosial kateqoriyaların kredit alması imkanlarının sadələşdirilməsi təklif olunur.
İpoteka və Kredit Zəmanət Fondunun mövcud maliyyə portfeli imkan verir ki, bölgələrlə paytaxt arasında fərqli ipoteka şərtləri tətbiq olunsun. Bunun üçün beynəlxalq ipoteka bazarlarındakı vəziyyəti və təcrübənin öyrənilməsinə də zərurət vardır. Nəticədə bu təkliflərin öz həllini tapması bu kreditlərdən faydalana biləcək şəxslərin dairəsinin genişlənməsinə və yeni ipoteka məhsullarının tətbiqinə səbəb ola bilər.
E.Cəfərli
Xəbər lenti
Hamısına baxHərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

