İnteqrasiyalı idarəetmə modeli
26.11.2024 [08:57]
Naxçıvanın elektrik və su təsərrüfatlarında idarəetmənin təkmilləşdirilməsi şəffaflığı və hesabatlılığı da artıracaq
Prezident İlham Əliyevin elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında imzaladığı müvafiq fərmana əsasən, hər iki sahədə idaretmə fəaliyyəti mərkəzi icra hakimiyyəti strukturlarının tabeliyinə verilməklə həyata keçiriləcək. Belə ki, bundan sonra Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı, Naxçıvan şəhərində də istehlakçıların su təminatı xidmətləri Muxtar Respublikanın müvafiq qurumu tərəfindən deyil, birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən göstəriləcək.
Qeyd edək ki, bir müddət əvvəl dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” sənədi təsdiq edilib. Strategiya su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılması ilə bağlı kompleks tədbirləri əhatə etməklə yanaşı, həmin sahədə xidmətlərin təkmilləşdirilməsi və idarəetmənin müasirləşdirilməsini nəzərdə tutur. Bu isə o deməkdir ki, 2024-2027-ci illəri əhatə edən birinci mərhələdə su sektorunda idarəetmənin təkmilləşdirilməsi vahid siyasət çərçivəsi əsasında aparılmalıdır. Həmin ssenariyə əsasən, Naxçıvanın da su ehtiyatlarının yenidən qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması və digər məsələlər mərkəzləşdirilmiş tədbirlər planı üzrə həyata keçiriləcək.
Eyni zamanda, muxtar respublikanın enerji təsərrüfatının da müasir meyarlara uyğun idarə edilməsi yeni çağırışlardan qaynaqlanan institusional prinsiplər kimi müəyyən edilib. Yeni yanaşmaya əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” və “Azərişıq” ASC-lərə ötürülməsi nəzərdə tutulur. Bununla əlaqədar hökumətə elektrik enerjisi sahəsində bu idarəetmə strukturizasiyasının formalaşdırılması və tənzimlənməsi sahəsində tədbirlər həyata keçirmək tapşırılıb.
Mütərəqqi təcrübə göstərir ki, regionların, şəhər və kəndlərin sosial-iqtisadi inkişafında çevik və səmərəli yanaşmaların və innovativ həllərin tətbiqi əsas şərtlərdən biridir. Məhz bu konteksdən tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, keyfiyyətli və dayanıqlı su təminatı sisteminin qurulması, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının, effektiv və rəqəmsal kommunal infrastrukturların yaradılması ölkəmizin qarşısında duran müasir çağırışlardandır. Bütün sahələr kimi kommunal sektorlarda da yüksək texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə dünyanın aparıcı ölkələrində müvəffəqiyyətlə sınaqdan çıxmış hüquqi, iqtisadi, təşkilati və texniki sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi zərurəti daha da aktuallaşıb.
Məhz bu meyar və prinsiplərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının enerji və su təchizatının daha da yaxşılaşdırılması, xidmətlərin inkişaf etdirilməsi, optimallaşdırılması və rasionallaşdırılması üçün tədbirlər görülməsinə ehtiyaclar yaranıb. Bununla yanaşı, müvafiq institusional və peşəkar bacarıqların təkmilləşdirilməsi işlərinin həyata keçirilməsi istiqamətində islahatların aparılması həmin çağırışların tələblərindən biridir. Bütün bu sistemli və kompleks idarəetmə yanaşması muxtar respublikada kommunal xidmət sektorlarında idarəçilik keyfiyyətinin və səmərəliliyin yüksəlməsinin möhkəmləndirilməsinə xidmət edir. Yeni idarəetmə sistemi hər iki sahədə dəyişikliklər gətirəcək, su və elektrik enerjisi təsərrüfatlarında optimallaşdırmanı artıracaq, habelə dövlət-özəl tərəfdaşlığının inkişafına imkan yaradacaq. Ən əsası isə bu sektorlarda şəffaflığın və hesabatlılığın daha da artması təmin olunacaq.
Beləliklə, su və elektrik enerjisi təsərrüfatlarının xidmət çeşidlərinin vahid bir institusional çərçivəyə söykənməsi, nəzarət mexanizminin əlaqələndirilməsi və inteqrasiyalı idarəetmə modelinin qurulması kommunal sektorda aparılan islahatların növbəti fazası olmaqla, vətəndaşların keyfiyyətli xidmətlərə çıxışını təmin edəcək.
Naxçıvanın su ehtiyatlarının yenidən qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması və digər məsələlər mərkəzləşdirilmiş tədbirlər planı üzrə həyata keçiriləcək.
ELBRUS
Muxtar ?espublikanın enerji
təsərrüfatının da müasir meyarlara uyğun idarə edilməsi yeni çağırışlardan qaynaqlanan
instit?sional prinsiplər kimi müəyyən edilib. Yeni
yanaşmaya əsasən, Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin funksiyalarının
aidiyyəti üzrə “Azərenerji” və “Azərişıq”
ASC-lərə ötürülməsi
nəzərdə tutulur
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

