Sahibkarların fəaliyyəti dövlət orqanları tərəfindən dəstəklənir
15.02.2013 [02:46]
Prezident İlham Əliyev: Dəfələrlə demişdim, bu gün də demək istəyirəm ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır
Xəbər verdiyimiz kimi, fevral ayının 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən dövlətimizin başçısı bu istiqamətdə görülmüş işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən, eyni zamanda, məmurların fəaliyyəti nəticəsində meydana çıxmış bəzi problemlər və çatışmazlıqlardan bəhs edib.
SAHİBKARLIĞIN İNKİŞAFI ÜÇÜN GÜCLÜ SİYASİ İRADƏ VARDIR
Bildiyimiz kimi, Azərbaycanda azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun, o cümlədən, sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Bu sahədə görülən işlər, ayrılan vəsaitlər ölkənin gələcəyinə edilən yatırımdır. Çünki sahibkarlıq fəaliyyəti hər zaman öz çevikliyi, yeniliyi, istehsalatda və müəssisələrin idarə edilməsində yeni üsulların, müasir texnologiyaların istifadəsinə meyil etməsi, yüksək rəqabətliliyi və istehlakçı tələbatına tez uyğunlaşması ilə səciyyələnir. Sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq yeni müəssisələrin yaradılması, yerli istehsalın artması respublika iqtisadiyyatının əsaslarını möhkəmləndirir. Özəl sektorun inkişafı milli iqtisadiyyatın dinamikliyini artırmaqla bərabər, beynəlxalq bazarlara çıxışı asanlaşdırır, qlobal iqtisadi proseslərlə ayaqlaşmağa imkan verir. Sahibkarlığın inkişafı məhsuldarlığın artması, iqtisadi məsələlərin daha sürətlə həllini tapması, iqtisadiyyatın dayanıqlılığını təmin edib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti sahibkarlığın, xüsusən də, bölgələrdə orta və xırda sahibkarlığın inkişafına maddi və mənəvi dəstək göstərməklə siyasi iradə ortaya qoyur. Dövlət başçısının çıxışlarında mütəmadi olaraq sahibkarların fəaliyyətinə verdiyi önəmi vurğulaması, onların problemlərini dilə gətirməsi və sahibkarlığın inkişafı üçün lazım olan tapşırıqlar verməsi sahibkarlara böyük stimul verir, onları daha səylə çalışmağa ruhlandırır.
Eyni zamanda, sahibkarlığın inkişafına şərait yaratmaq üçün işlər bir neçə istiqamətdə görülür. Ölkədə investisiya mühitinin yaxşılaşdırılması, investorların hüquqlarının qorunması da sahibkarlığı inkişaf etdirən başlıca şərtlərdəndir. Təsadüfi deyil ki, Dünya Bankı və digər nüfuzlu beynəlxalq şirkətlər Azərbaycandakı investisiya mühitini yüksək qiymətləndirirlər. Bundan əlavə, bölgələrdə infrastrukturun yüksək tələblərə cavab verəcək səviyyədə yenidən qurulması, yolların çəkilişi, fasiləsiz enerjinin verilməsi kimi quruculuq işləri sahibkarların fəaliyyətini asanlaşdırır, yeni müəssisələrin, obyektlərin fəaliyyətinə əlverişli şərait yaradır. Dövlət, həmçinin, birbaşa maliyyə dəstəyi vasitəsilə sahibkarlara çox böyük kömək göstərir. Bu məqsədlə fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu bölgələrdə sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə cəhətdən dəstəklənməsində aparıcı rola malikdir. İndiyədək Fondun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilib.
Qeyd etməliyik ki, sahibkarlığın inkişafı təkcə iqtisadiyyata deyil, sosial rifaha çox böyük təsir göstərir. Belə ki, hər yaradılan müəssisə, fabrik, emal zavodu onlarla, yüzlərlə yeni iş yerinin açılması deməkdir. Bundan əlavə, yerli istehsalın artması xarici ölkələrlə ticarətdə müsbət saldoya təsir etməklə yanaşı, ölkədə məhsul bolluğu yaradır ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi anlamına gəlir. Sahibkarlara maliyyə dəstəyi ayrılarkən, ilk növbədə, iqtisadiyyatın indiki dövrdə inkişaf etdirilməsinə daha böyük tələbat olan sahələr hədəf seçilir. Bu baxımdan, qarşıya qoyulan məqsədlərdən biri, yəni, ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına tam ödənməsi və ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün bu sahəyə xüsusi diqqət ayrılır.
Ümumiyyətlə, Azərbaycanda özəl sektor çoxşaxəlidir və onun ölkə iqtisadiyyatındakı çəkisi sürətlə artır. Özəl sektorun ümumi daxili məhsuldakı payının artıq 83 faizə çatması sahibkarların fəaliyyətinə verilən dəyərin göstəricisidir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı giriş nitqindən də göründüyü kimi, dövlət başçısı Azərbaycanın dövlət və özəl şirkətlərinə eyni münasibəti bəsləyir: “Dəfələrlə demişdim, bu gün də demək istəyirəm ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır. Ona görə özəl şirkətlərə, dövlət şirkətlərinə göstərilən diqqət eyni olmalıdır və hesab edirəm ki, biz buna nail oluruq”.
DÖVLƏT SAHİBKARLARIN YANINDADIR
Qeyd etdiyimiz kimi, ölkədə sahibkarlığın inkişafına geniş şərait yaradılıb, özəl sektorun iqtisadiyyatdakı rolu durmadan artır. Lakin bu sahədə bir sıra problemlərin olması da məlumdur. Bəzi hallarda sahibkarlar müəyyən məmurlar tərəfindən süni maneələrlə üzləşir. Dövlət başçısı sözügedən konfransdakı yekun nitqində bu məsələyə geniş toxunaraq, dövlət orqanlarının sahibkarların fəaliyyətinə dəstək verməli olduğunu söyləyib: “Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Deyə bilmərəm ki, bu, belə geniş vüsət alıbdır, amma var və buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.
Prezident İlham Əliyev çıxışında sahibkarların sosial məsuliyyəti məsələsinə bir daha toxunub. Dövlət başçısı qeyd edib ki, sahibkarların sosial layihələrin icrasında iştirakı könüllü olmalıdır və onları bu işlərə məcbur etmək olmaz: “Mən sahibkarların bu sosial məsuliyyət məsələlərinə olan diqqətini alqışlayıram. Bilirəm ki, bir çox yerlərdə sahibkarlar öz təşəbbüsü ilə sosial layihələri icra edirlər - məktəblər, bağçalar tikirlər. Bütün bunlar çox gözəl, təqdirəlayiq hallardır. Ancaq bütün bu işlər könüllü şəkildə öz həllini tapmalıdır. İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da vardır. Onlara abadlıq işləri gördürürlər, sonra pulunu vermirlər. Hər bir rayonun öz büdcəsi vardır. Hər bir rayona mütəmadi qaydada dövlət tərəfindən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır”.
Göründüyü kimi, dövlət başçısı sahibkarların fəaliyyətinə verdiyi dəstəyi bir daha açıq şəkildə bəyan edib. Sahibkarların fəaliyyətinə çətinliklər yaradan amillərə qarşı ölkə rəhbərinin qətiyyətli mövqe sərgiləməsi özəl sektor nümayəndələri tərəfindən müsbət qarşılanıb. Dövlət başçısının sözügedən çıxışında səsləndirdiyi bu fikirlərə münasibət bildirən “Bakı Tikiş Evi” MMC-nin direktoru Fədail Rəhimov deyib ki, Bildiyimiz kimi, Azərbaycanda istər paytaxtda, istərsə də bölgələrdə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən hər cür şərait yaradılır: “Bu sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Dövlət başçısının məlum konfransdakı çıxışını isə sahibkarlara əsl hədiyyə kimi qiymətləndirirəm. Hesab edirəm ki, bundan sonra sahibkarların fəaliyyət imkanları daha da genişlənəcək. Sahibkarların fəaliyyətinə bəzi hallarda müşahidə olunan məmur müdaxilələri də bundan sonra mümkün olmayacaq. Artıq heç bir sahibkar öz işini qura bilmədiyinə görə, hansısa bəhanələr gətirə bilməz, çünki sahibkarların fəaliyyəti üçün lazım olan hər bir şərait yaradılıb. Dövlət başçısının sahibkarlara dəstək olması bizim fəaliyyətimizi daha da stimullaşdırır. Əgər bütün regionlarda sahibkarlar aktiv iş görüb müəssisələr yaratsalar, ölkədə işsizlik problemi tamamilə həllini tapar. Cənab Prezident də qeyd edib ki, Azərbaycanda işsizlik tamamilə aradan qaldırılmalıdır. “Bakı Tikiş Evi”nə yanvar ayından etibarən 30 nəfərdən çox yeni işçi qəbul olunub, hazırda müəssisədə 700 nəfər çalışır. İşçilərimizin sayını bundan sonra da artırmağı düşünürük. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəticəsində dövlətə ödənən vergilərin həcmi də artır, bu isə ölkəyə daha çox xeyir gətirir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10
