Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakıda “SAP Discovery Day Baku” forumu keçirilir

Bakıda “SAP Discovery Day Baku” forumu keçirilir

16.10.2024 [12:04]

Bakıda “SAP Discovery Day Baku 2024” forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “SAP Se” şirkətinin baş vitse-prezidenti İqor Kurkov “SAP Discovery Day Baku” forumunda yeni tendensiyaların, biznes proseslərin transformasiyaya yanaşmalarının və müxtəlif layihələrin icrası təcrübəsinin müzakirə olunacağını qeyd edib.

“Azərbaycan və digər ölkələrin 300-dən artıq aparıcı şirkətlərinin rəhbər və mütəxəssisləri tədbirdə iştiraka dəvət olunub. Bizim “Cloud ERP” platformamız bizi rəqiblərimizdən üstün edir. Biz, sadəcə, innovasiya və genişlənməyi məqsəd qoymuş şirkətlərə hədəflənmişik”, - deyə İqor Kurkov əlavə edib.

“SAP Az”ın baş direktoru Anar Əliyev iştirakçıları forumun tarixi, rəhbərlik etdiyi şirkətin fəaliyyəti ilə tanış edib: “SAP şirkəti Azərbaycana çox böyük yatırımlar edir, ekosistemi dəstəkləyir və genişləndirir, həmçinin bulud həlləri innovasiyalarını təşviq edir”.

Tədbirdə mükafatlandırma mərasimi baş tutub.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30