Qazaxıstanda iqtisadi təhlükəsizliyin təmin edilməsində vergi orqanlarının rolu müzakirə edilib
02.10.2024 [19:33]
Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Vergi (maliyyə) Təhqiqat Orqanları Rəhbərlərinin Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistan nümayəndələri iştirak ediblər. Tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (VCİABİ) rəisi Kənan Quliyev, rəis müavini Rövşən Abdullayev və baş təhqiqatçı Cəmil Əliyev təmsil ediblər.
MDB baş katibinin müavini Nurlan Seyitimov iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində irəli sürülən təşəbbüslər, maliyyə sektorunda baş verən hüquqpozmalara və transmilli iqtisadi cinayətlərin təzahürlərinə operativ reaksiya verməyə imkan yaradan alətlərlə bağlı çıxış edib.
Bildirib ki, Koordinasiya Şurası milli vergi (maliyyə) təhqiqat orqanlarının səylərini birləşdirməklə yanaşı, iqtisadi sahədə mövcud əməliyyat vəziyyətini obyektiv qiymətləndirməyə, əməkdaşlığın hüquqi bazasını təkmilləşdirməyə, tərəfdaşlığın müasir formalarını tətbiq etməyə, beynəlxalq cinayətkarlığa qarşı birgə mübarizə aparmağa geniş imkanlar yaradır.
İclasda çıxış edən mütəxəssislər vergi (maliyyə) təhqiqat orqanları arasında əməkdaşlığın artırılmasının, analitik işin təkmilləşdirilməsinin, məlumat və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıblar.
Tədbirdə iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində təhqiqat orqanlarının işi, maliyyə vəsaitlərinin qanunsuz dövriyyəsi, qeyri-qanuni mərc oyunları və vergi cinayətlərinə qarşı mübarizə məsələləri barədə fikir mübadiləsi aparılıb.
İclasda Azərbaycanın nümayəndə heyəti vergi hüquqpozmaları sahəsində VCİABİ tərəfindən görülmüş işlər və əldə edilmiş uğurlu nəticələr barədə iştirakçılara geniş məlumat verib, “Maliyyə orqanlarının əməkdaşlığı və birgə fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

