Bakıda MDB ölkələrinin V Bank Konfransı keçirilir
16.11.2012 [00:11]
Dünən Bakıda MDB ölkələrinin “MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər” mövzusunda V Bank Konfransı işinə başlayıb.
AzərTAc xəbər verir ki, MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev iştirak edib.
İkigünlük konfransın ilk günündə ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev konfransın aktuallığından və əhəmiyyətindən danışıb, tədbirin əməkdaşlığımızın inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb. Bildirilib ki, maliyyə və iqtisadi böhran şəraitində inteqrasiya və müxtəlif layihələrin həyata keçirilməsi, problemlərin geniş müzakirəsi vacib məsələlərdəndir.
“ABB MDB ölkələrinin təsərrüfat subyektləri arasında əlaqələrin inkişafına, həmçinin MDB-nin maliyyə sahəsində fəaliyyətinə töhfəsini verib” - ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev deyib. ABB ölkənin bank bazarının risklərdən müdafiəsinə yönəldilmiş çox ciddi ölçülər götürür. Bir sıra banklar fəaliyyətini dayandıracaq. Amma bu, MDB banklarının ölkəyə gəlişi üçün yaxşı şərait yaradır, çünki burada yaxşı işgüzar mühit var. MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev ikitərəfli ticarət, valyuta, hesablaşma rejimlərinin təkmilləşdirilməsi məsələlərinin aktuallığını diqqətə çatdırıb, Azərbaycanın inteqrasiya proseslərində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, bir sıra irimiqyaslı inteqrasiya təşkilatlarının yaradılması, Avropada maliyyə böhranının davam etməsi, likvidliyin azalması ilə bağlı müəyyən problemlər ortaya çıxır. Bildirilib ki, islam bankçılığı kimi yeni alətlərin istifadəsi, milli valyutaların hesablaşmalarda istifadə edilməsi çox vacibdir. İslam bankçılığı önəmli məsələlərdəndir və ABB-nin bu sahədə gördüyü işlər yüksək qiymətləndirilir.
Konfransda MDB ölkələri üçün vahid maliyyə məkanının yaradılması məsələsi də müzakirə olunacaq. Moskvada maliyyə mərkəzinin yaradılması da planlaşdırır. MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov deyib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən bankların kapitallaşdırılmasına dair tələblərin sərtləşdirilməsi ölkə bazarını MDB bankları üçün cazibədar edir. MDB-nin bank sistemi böyüməkdə davam edir, onun aktivlərinin həcmi son bir ildə 1,5 trilyon dollaradək artıb.
Konfransda “MDB-də maliyyə bazarlarının dayanıqlığı”, “Xəzəryanı maliyyə bazarları”, “MDB məkanında Azad Ticarət Zonası şəraitində bankların fəaliyyəti”, “MDB-də beynəlxalq maliyyə mərkəzlərinin yaradılması, regional inkişaf maliyyə institutları”, bank kapitalının hərəkəti, fondlaşma institutları, qarşılıqlı investisiya imkanları, inteqrasiya proseslərində normativ aktları və s. məsələlər üzrə məruzələr dinlənilmiş, müzakirələr aparılıb. Konfrans çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Beynəlxalq Bankı MDB-nin Beynəlxalq Bank Şurasının “MDB-nin ən yaxşı bankı” mükafatına, idarə heyətinin sədri Cahangir Hacıyev isə “MDB-nin ən yaxşı bankiri” mükafatına layiq görülüblər.
MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə keçirilən tədbirdə MDB ölkələrinin maliyyə və bank qurumları, beynəlxalq maliyyə təşkilatları, eləcə də Azərbaycanın bank və sığorta təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin birinci gününün yekununda mətbuat konfransı keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

