Cari ilin doqquz ayında Səbail rayonunda 1801 daimi iş yeri açılıb
16.10.2012 [18:13]
Dünən Səbail Rayon İcra Hakimiyyətində (RİH) cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri və s. iştirak ediblər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov cari ilin doqquz ayında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.
Hesabat dövründə Səbail rayonunda görülmüş işlərdən danışan A.Əsgərov bildirib ki, cari ilin doqquz ayında rayonun sənaye müəssisələri tərəfindən 18.463.6 milyon manatlıq məhsul istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 443,2 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 660,9 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox rabitə xidmətləri göstərilib.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala 2.182.5 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 34,6 faiz çoxdur. Əhaliyə 289,6 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 47,7 faiz artıqdır.
Səbail rayonunda çalışan işçilərin sayı 98891 nəfər, orta aylıq əmək haqqı isə 935,7 manat olub ki, bu da keçən illə müqayisədə 3,7 faiz çoxdur. Cari ilin doqquz ayında Səbail rayonunda 1801 daimi yeni iş yeri açılıb. Ümumiyyətlə, 2009-cu ilin yanvarından 2012-ci ilin sentyabrınadək Səbail rayonunda 7311 daimi iş yeri açılıb.
Cari ilin ilk doqquz ayında Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 401 ailə müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 116,10 manat sosial yardım təyin olunub. Səbail Rayon Məşğulluq Mərkəzi tərəfindən doqquz ay ərzində 674 nəfər daimi işlə təmin olunub.
Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilib, ümumilikdə isə doqquz ayda RİH tərəfindən müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 10638 olub.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonda nəzərdə tutulmuş abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

