MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03.03.2021 [22:08]
Martın 3-də Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, komitənin baş katibinin müavini Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın 2020-ci il ərzində gördüyü işlər, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2020-2025-ci illər üçün hazırladığı yeni strateji yol xəritəsi, "Tokio-2020" Olimpiya Oyunlarına dair təhlükəsizlik qaydaları, həmçinin komissiyanın 2021-ci il üzrə fəaliyyət planı müzakirə olunub.
BOK-un yeni - “Olimpiya gündəliyi 2020+5” strateji sənədi haqda komissiya üzvlərinə məlumat verən MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov qarşıdakı 5 il ərzində Olimpiya hərəkatının beynəlxalq səviyyədə yol xəritəsi hesab olunan sənədin vacib məqamlarından danışıb. M.Kərimov bildirib ki, 15 tövsiyədən ibarət sənəd əsasən, 5 istiqamət üzrə qruplaşdırılıb. Onun sözlərinə görə, “Olimpiya gündəliyi 2020+5” sənədində xüsusi olaraq, ölkələr və cəmiyyətlər arasında həmrəyliyin artırılmasına diqqət çəkilib. Bundan başqa pandemiya şəraitində sürətləndirilən rəqəmsallaşma prosesindən kənarda qalmamaq tövsiyə olunur. Olimpiya dəyərlərini təbliğ etmək üçün rəqəmsal texnologiyalardan güclü bir vasitə kimi istifadə olunması vurğulanıb. Həmçinin strateji sənəddə BMT-nin davamlı inkişaf məqsədlərinə töhfə verilməsinin vacibliyi qeyd olunub. Daha bir istiqamət isə Olimpiya idman qurumlarına etibarlılığın artırılmasıdır. BOK pandemiyanın yaratdığı böhranın aradan qaldırılması ilə bağlı idman hərəkatının daha aktiv iştirakını vurğulayıb.
MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov "Tokio-2020" Yay Olimpiya Oyunlarının daha təhlükəsiz və uğurla həyata keçirilməsi üçün nəşr edilmiş “Playbook” haqda komissiya üzvlərinə məlumat verib.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq, bu il idman ictimaiyyətinin qatılacağı onlayn formatda konfrans keçirmək planlaşdırıldığını bildirib. F.Mansurov qadın idmançıların sayının artırılması ilə bağlı daha genişmiqyaslı təbliğat işlərinin aparılması haqda da tövsiyələr verib.
Komissiya üzvləri, o cümlədən “İdman hamı üçün” televiziya proqramının 2021-ci il fəaliyyətini də müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

