Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Türk dünyasına açılan qapı - Naxçıvan

Türk dünyasına açılan qapı - Naxçıvan

28.09.2023 [10:10]

TDT Türkdilli ölkələr arasında inteqrasiyanı daha da gücləndirir

Qədim diyar Naxçıvan bu günlərdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın respublikamıza uğurla baş tutan növbəti rəsmi səfərinə ev sahibliyi edib. Səfər kifayət qədər məhsuldar oldu. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan təkbətək görüş keçirdilər, bir sıra mühüm obyektlərin açılış və yaxud təməlqoyma, eləcə də sənədlərin imzalanması mərasimlərinə qatıldılar, mətbuata bəyanatlarla çıxış etdilər. Təbii ki, səfərin uğulu nəticələri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə, eləcə də Naxçıvanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək. Ancaq Türkiyənin dövlət başçısının Naxçıvana səfəri və burada Prezident İlham Əliyevlə apardığı aktual müzakirələr çox doğru olaraq yalnız ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş anlamda dəyərləndirilir.

Naxçıvandan başlayan Türk əsri

XXI əsr Türk əsri adlandırılır. Məhz bu əsrdə zamanında müxtəlif imperialist güc mərkəzlərindən zərbələr almış Türk dünyasının özünəgəlmə və dirçəliş dövrünə qədəm qoyduğunu müşahidə edirik. Bu proseslərin axarında Türkiyənin dövlət başçısının respublikamıza növbəti səfərini Naxçıvana etməsi həm də rəmzi bir məna daşıyır. Bütün Azərbaycanda çox sevilən Rəcəb Tayyib Ərdoğanın özü Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərə müsahibəsində qədim diyarı “Türk dünyasına açılan qapımız” kimi səciyyələndirib.

Naxşıvanın bütün Türk dünyasının qapısı kimi səciyyələndirilməsi isə heç də təsadüfi deyildir. Hazırda Türkdilli ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatının (TDT) yaşı elə də çox deyil. Biz fəxr edirik ki, Türkdilli dövlətlərin institusional strukturunun formalaşması təşəbbüsü Prezident İlham Əliyevdən gəlib və bu tarixi prosesin təməli qədim Azərbaycan torpağı olan Naxçıvanda qoyulub. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə  “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi-Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və qurumun Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub. Son vaxtlarda ayrı-ayrı məkanlarda baş tutan Zirvə görüşlərində yeni geosiyasi reallıqlar və meydana çıxan çağırışlar nəzərə alınmaqla imzalanan sənədlər Türkdilli ölkələr arasında müxtəlif istiqamətlərdə inteqrasiyanın genişlənməsinə yeni imkanlar açır.

Dünyada müxtəlif ideyalar ətrafında yaradılan təşkilatlar coxdur. Ancaq bəllidir ki, bir sıra təşkilatların ömrü heç də uzun olmur, müəyyən müddətdən sonra səhnədən çıxır.  TDT-nin isə ömrünün sonsuzluğa qədər davam edəcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Çünki bu təşkilatın əsasında hansısa maraqlara bağlı olan ideyalar dayanmır. Türk birliyinin möhkəmlənməsini geniş coğrafiyada yaşayan xalqların hamısı arzulayır və yaxşı haldır ki, dövlətlər də buna siyasi dəstək verirlər. Bu istəyin və dəstəyin əsasında isə tarixdən gələn bağlılıq, qan yaddaşı, ortaq ənənələr və dəyərlər dayanır.

Əməkdaşlığın prioritet istiqamətləri

Bu gün Türkdilli ölkələr arasında tarixi bağlılıq əsasında genişlənən inteqrasiyanın dərinləşməsi həm də güclü iqtisadi potensial və ortaq maraqlarla şərtlənir. Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. 2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6, Türkmənistan iqtisadiyyatı 6,2, Özbəkistan iqtisadiyyatı 5,7, Qırğızıstan iqtisadiyyatı 7, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir.  Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub.  Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.4 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.

Son Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı-Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

TDT-da birləşən ölkələr sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərirlər. Yeni geosiyasi reallıqlar fonunda TDT-də birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılması qarşılıqlı icarət dövriyyəsinin, eləcə də daşımaların artması üçün mühüm əhəmiyyət daşıyır.  Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Cari il aprelin 5-də Milli Məclis “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini müzakirə edərək onun qəbuluna səs verib. Xatırladaq ki, “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

Siyasi, iqtisadi müttəfiqlikdən hərbi müttəfiqliyə doğru

Hazırda dünya üzrə beynəlxalq prinsiplər öz yerini getdikcə daha sürələ ikili standartlara verilir. Bu və ya digər ölkələrdə yaşanan problemlərə münasibətdə beynəlxalq təşkilatlar, güc mərkəzləri  fərqli yanaşmalar ortaya qoyurlar. Azərbaycan bu mənfur təcrübəni onilliklər ərzində öz həyatında yaşayan bir ölkədir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamız Ermənistanın təcavüzünə məruz qalmışdı- ərazilərinin 20 faizini itirmişdi. Ancaq bu təcavüz aktı ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə pislənilmirdi və və işğalçı dövlətə qarşı adekvat tədbirlər görülmürdü. Halbuki “təcəvüzkar ölkə” damğası ilə cəzalandırılan və sanksiyalara məruz qalan ölkələrin sayı da az deyil. Özünü cəzasızlıq mühitində hiss edən Ermənistan isə BMT-nin qətnamələrinin icrasını təmin etməkdən vaz keçir, hətta yeni torpaqlar ələ keçirmək üçün yeni müharibə anonsu edirdi.

Bax bu kimi situasiyalarda güc və müttəfiqliyin aktualığı bütün cəhətləri ilə aydın görünür. Bu gün Türk dünyasının müxtəlif parametrlər baxımından ən öndə gedən dövləti Türkiyədir. Qardaş ölkə,   həmçinin özünün innovativ əsaslı müdafiə sənayesini intensiv şəkildə inkişaf etdirir. Təkcə cari ildə Türkiyə dünyada analoqu olmayan bir neçə yeni hərbi texnikasını  təqdim etdi. Bu müdafiə potensialından bütün Türk dünyasının təhlükəsizliyinin təmin edilməsində istifadə oluna bilər. Azərbaycan və Türkiyə bu istiqamətdə ilk addımı atıblar. Xatırladaq ki, 2021-ci il 15 iyun tarixində iki ölkə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bununla da Azərbaycan və Türkiyə müttəfiqlik münasibətlərini ən yüksək səviyyədə rəsmiləşdiriblər. Şuşa Bəyannaməsi ölkələrimizin təhlükəsizliyinə və sülhə möhkəm hüquqi əsaslar yaradır. Bu təcrübə genişləndirilməli və böyük Türk coğrafiyası siyasi, iqtisadi inteqrasiyadan hərbi müttəfiqliyə doğru irəliləməlidir.

Mübariz ABDULLAYEV 

Paylaş:
Baxılıb: 265 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

İnsan hüquqları!

09 Dekabr 12:24

MEDİA

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xalqın dəstəyi

09 Dekabr 11:41

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Siyasət

Gündəm

Zəfər seçkisi

09 Dekabr 10:03

Xəbər lenti

Siyasət

Mədəniyyət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31