Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

02.11.2011 [14:22]

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verib ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanıb. Bu, 1988-ci ildən bəri aparılan ilk əsaslı təmirdir. Yenidənqurma zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb.
Prezident İlham Əliyev teatr binasının tamaşa zalı ilə tanış olub. Bildirilib ki, 214 yerlik zalda ən müasir havalandırma sistemi qurulub. ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunub, qapı-pəncərələr, oturacaqlar yenilənib, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır.
Bildirilib ki, Dövlət Teatrının binası yeni mövsümdə qapılarını tamamilə müasir görkəmdə tamaşaçıların üzünə açacaq. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Paylaş:
Baxılıb: 1115 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31