Azərbaycan İKT sektorunun inkişafına görə, MDB-də liderdir
31.03.2010 [10:50]
Azərbaycanın artan iqtisadi qüdrəti artıq bir neçə ildir ki, makroiqtisadi göstəricilərdə və beynəlxalq təşkilatların reytinq siyahılarında öz təsdiqini tapmaqdadır. Beynəlxalq iqtisadi tədqiqat mərkəzlərinin və reytinq agentliklərinin açıqladığı real rəqəmlər respublikamızdakı yüksək inkişaf meyillərini dolğun şəkildə əks etdirir. Xüsusilə də, son dövrlərdə iqtisadiyyatın real sektorundakı artım dinamikası nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir. Qeyri- neft sektorunun aparıcı sahələrindən biri olan informasiya-kommunikasiya texnologiyaları bölməsində müşahidə olunan yüksək inkişaf tempi isə beynəlxalq nüfuzlu iqtisadi təşkilatların qiymətləndirmələrində ölkəmizin hər il daha da pozitiv qiymət alması ilə fərqlənir.
ümumdünya İqtisadi Forumunun açıqladığı yeni reytinq cədvəlində Azərbaycanın İKT üzrə mövqeyi daha da yaxşılaşıb. Belə ki, respublikamız internet şəbəkəsi hazırlığına, həmçinin, informasiya və texnologiyalar sahəsində rəqabət qabiliyyətliliyinə görə, 130 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Bu, Azərbaycanın MDB ölkələri arasında lider olmasını göstərir. MDB-nin aparıcı dövlətlərindən olan Rusiya reytinq siyahısında 80-ci yerdə qərar tutub. Qazaxıstan isə 90-cı yerə sahib olub. Onu da qeyd edək ki, respublikamız İKT sahəsində bir sıra komponentlər üzrə Avropanın inkişaf etmiş ölkələrini də qabaqlayıb. Belə ki, Polşa, çexiya, Türkiyə, kimi ölkələr Azərbaycanla müqayisədə bir neçə bənd geridə dayanırlar.
ümumdünya İqtisadi Forumunun ekspertləri Soumitra Ditta və İrena Mia dünya ölkələrində İKT-nin perspektiv imkanları barədə də maraqlı proqnozlarla çıxış ediblər. Onların fikrincə, qlobal maliyyə böhranından sonra dünya iqtisadiyyatında ən yüksək inkişaf meyilləri informasiya-kommunikasiya texnologiyaları sektorunda müşahidə olunacaq. Mütəxəssislərin qənaətinə görə, İKT bölməsi real sektorun aparıcı sahəsi olmaqla iqtisadiyyatda dinamizmə əlverişli zəmin yaradacaq. Post-böhran dövründən sonra informasiya-kommunikasiya texnologiyaları sektoru həlledici mərhələyə qədəm qoyacaq və iqtisadiyyatın maliyyə bazasını təşkil edən sahələrdən birinə çevriləcək. Hətta İKT bir neçə ildən sonra əksər dövlətlərin ümumi Daxili Məhsulunda neft gəlirlərinə bərabər bölmə olacaq.
Beynəlxalq iqtisadi tədqiqat mərkəzlərinin digər mütəxəssisləri də informasiya texnologiyaları sahəsini yaxın illər üçün ən gəlirli və sərmayədarların maraq göstərdiyi cəlbedici sektor kimi dəyərləndirirlər. Qlobal İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşı Riçard Elliolt hesab edir ki, İKT dünya iqtisadiyyatının kapital bazasını təşkil edə bilər. R.Elliolt informasiya texnologiyaları resurslarının dinamik inkişafına görə, fərqlənən dövlətlər sırasında Azərbaycanın da mühüm yer tutacağına inamını ifadə edib. Yeri gəlmişkən, ölkəmizdə İKT sektoru böhran dövründə də inkişaf meyilləri ilə yadda qalıb və bu sahə milli məhsulda əsas yerlərdən birini tutub. ümumilikdə, son 6 ildə informasiya-kommunikasiya texnologiyaları sektorunda artım tempi 3 dəfədən çox olub. Bu illər ərzində mobil abunəçilərin sayı 7 dəfə, internet istifadəçilərinin sayı isə 10 dəfə çoxalıb və hazırda 1,5 milyon nəfərə çatıb. Azərbaycan hazırda hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə, Yaponiya, Koreya, Sinqapur kimi ölkələrlə eyni sırada dayanır. 2005-ci ildən etibarən İKT üzrə Dövlət Proqramının icrasına başlanılması rabitə bölməsində dinamizmi daha da möhkəmləndirib.
İnformasiya-kommunikasiya texnologiyalarının yüksək inkişafı üçün respublikamızda əlverişli şərait mövcuddur. Azərbaycan hökumətinin həyata keçirdiyi effektiv investisiya siyasəti bu sahəyə cəlb olunan sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Son illərdə xarici investorların fəaliyyəti üçün münbit şəraitin yaradılması bu sahəyə yatırılan vəsaitlərin həcminin bir neçə dəfə yüksəlməsinə imkan verib. Hazırda dünyanın ən nüfuzlu rabitə şirkətləri ölkəmizdə fəaliyyət göstərir və onlar yeni sərmayə layihələrini həyata keçirməyi düşünürlər.
Qeyd edək ki, respublikamızda İKT-nin son modellərinin və ən qabaqcıl texnologiyaların tətbiq edilməsi istiqamətində davamlı işlər həyata keçirilməkdədir. ölkəmiz İKT-nin ən son yeniliklərini - genişzolaqlı rabitə və telekommunikasiyalar, kabel rabitəsi və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, teleradio yayım avadanlığı, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank xidmətləri, elektron biznes və elektron hökumət sisteminə aid texnologiyaları təqdim etməkdədir. 3G və 4G kimi son texnologiyaların tətbiqi isə İKT-nin perspektiv imkanlarını şərtləndirmiş olur.
Azərbaycanda nano və biotexnologiyaların, kosmik sənayenin inkişafı, beynəlxalq kommunikasiya mərkəzinin və qlobal informasiya bankının yaradılması ilə bağlı kompleks işlər də nəzərdə tutulur. ABŞ-ın “Orbital” şirkəti isə süni peyk istehsalı sahəsində ölkəmizlə əməkdaşlığa başlayıb və Azərbaycanın kosmosa buraxılacaq süni peyklərini həmin şirkət hazırlayacaq. Respublikamız 2012-ci ildə orbitə ilk süni peykini buraxacaq. Bütün bu kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın transrabitə şəbəkəsinin strateji mərkəzlərindən biri kimi dünya miqyasında nüfuzunun daha da artmasına imkan yaradacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

