Azərbaycan Prezidenti İlham Əliyev Parisdə Fransa Senatının sədri ilə görüşüb
15.03.2017 [10:14]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb.
Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdiriblər.
Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu deyib. O, belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırlayıb.
Jerar Larşe 2014-cü ildə Senatda xanım Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırlayıb, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirib.
Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlanıb.
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırıb. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edib. Dövlətimizin başçısı Azərbaycanda olan fransalı senatorların Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahidi olduqlarını vurğulayıb. Azərbaycan Prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzalayıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11

