Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təsis etdiyi “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu “Güclü dövlət naminə” təşviqat kampaniyasını uğurla davam etdirir. Azərbaycanın hər bir bölgəsində uğurlu və səmərəli izahetmə, maarifləndirmə kampaniyası aparan “Yeni Azərbaycan” təşviqat qrupu Konstitusiyanın 29 maddəsində nəzərdə tutulan 41 əlavə və dəyişikliyin mahiyyətini bütün seçicilərə çatdırmaq niyyətini qarşıya başlıca vəzifə qoyub. “Yeni Azərbaycan” təşviqat qrupunun bu məqsədlə hər bir rayon və şəhərdə fəaliyyət göstərən yerli qərargahları seçicilərlə mütəmadi görüşlər keçirir, maarifləndirmə işləri həyata keçirir. “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu təşviqat kampaniyasının başlanmasından ötən dövr ərzində ölkənin bütün regionlarını əhatə etməklə 1000-dən artıq görüş keçirib. Təşviqat kampaniyası çərçivəsində keçirilən bu görüşlərdə 100 minlərlə Azərbaycan vətəndaşı və seçicisi iştirak edib. Görüşlərdə hər bir seçiciyə Konstitusiya islahatları barədə ətraflı məlumat verilir, təşviqat qrupunun hazırladığı əyani vəsaitlər təqdim olunur. “Yeni Azərbaycan”ın təqdim etdiyi həmin vəsaitlərdə əlavə və dəyişikliklərin təklif edildiyi maddələrin mövcud və ümumxalq səsverməsinə çıxarılmış variantları qeyd olunub. Maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasında başlıca məqsəd hər bir ölkə vətəndaşının bu dəyişikliklər barədə əhatəli məlumata malik olması və səsvermə zamanı hansısa bir çətinliklə üzləşməsinə yol verməməkdir. Dünən “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, vəkillərinin, eləcə də Yeni Azərbaycan Partiyasının tanınmış simalarının iştirakı ilə Bakının Yasamal, Nərimanov, Binəqədi, Suraxanı rayonlarında, Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsində, Xırdalan şəhərində, Sumqayıt şəhərinin 17 mikrorayonunda, Binəqədi rayonunda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkünlərlə, Gəncə şəhərinin M.A.Abbaszadə küçəsində və YAP-ın şəhər qərargahında, Gədəbəy rayonunun çalburan, çaldaş, Əlinağılar kəndlərində, Tovuz rayonunun Qaraxanlı, Xatınlı, Qədirli, Girzan kəndlərində, Astara rayonunun Süparibağ, Səngərədi, Şüvi kəndlərində, Cəlilabad rayonunun Uzuntəpə, Qarazəngir, Alar, Günəşli kəndlərində, Saatlı rayonunun Nərimanov, Azadkənd, Fətəlikənd kəndlərində, İmişli rayonunun Xəlfəli, Murxuzallı, Qaradonlu kəndlərində, Salyan rayonunun Qarabağlı, Arbatan, Yenikənd kəndlərində, Şirvan şəhərində, Qəbələ rayonunun Nohurqışlaq, Tünütül, Zarağan, Aydınqışlaq kəndlərində, Şəki şəhərində və rayonun Orta Zəyzid, Bideyiz, Aşağı Küngüt kəndlərində, Zaqatala rayonunun Suvgit, Bəhgmətli, Muğanlı, Göyəm kəndlərində, Dəvəçi şəhərində və rayonun Taxtalar, Dağbilici kəndlərində, Xaçmaz şəhərində və rayonun Ləcət, Yeni Həyat, Yergüc kəndlərində, Ağsu rayonunun Bico, Gəgəli, çaparlı, Kəndoba kəndlərində, Şamaxı rayonunun Sabir qəsəbəsində, eləcə də rayonun çuxuryurd, Mirikənd, Meysəri kəndlərində, Ağdaş rayonunun Ləki qəsəbəsində və rayonun Şəmsabad, Yuxarı Qəsil kəndlərində, Zərdağ rayonunun Şəftəxal, Dəkkəoba, İsaqbağı, Gödəkqobu kəndlərində, Goranboğ rayonunun Goran qəsəbəsində və rayonun Xanqərvəndi, Səfikürd kəndlərində, Ağcabədi rayonunun Avşar, Pusulu, Qaravəli kəndlərində seçicilərlə görüşlər keçirilib. “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrindən YAP İdarə Heyətinin üzvləri, MM-in deputatı Mixayıl Zabelin, Kərim Kərimov, MM-in komissiya sədrləri Eldar İbrahimov və Hadı Rəcəbli, MM-in deputatlarından Nizami İsgəndərov, Mirkazım Kazımov, Məlahət İbrahimqızı, İmamverdi İsmayılov, Musa Quliyev, Hüseynbala Mirələmov, Əkrəm Abdullayev, Azər Kərimli, Tahir Süleymanov, Ərəstun Cavadov, İlham Məmmədov, çingiz Əsəbullayev, Sevindik Hətəmov, təşviqat qrupunun vəkillərindən YAP İdarə Heyətinin üzvlərindən MM-in komissiya sədri Arif Rəhimzadə, MM-in deputatı Nizami Xudiyev və BDU-nun professoru Şahlar Əsgərov, MM-in komissiya sədrləri Səməd Seyidova və Nizami Cəfərov, MM-in deputatlarından Fəttah Heydərov, Əhəd Abıyev, Yaqub Mahmudov, Ağacan Əbiyev, Rafiq Məmmədhəsənov, Xalq şairi Zəlimxan Yaqub, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, “Yeni Azərbaycan” təşviqat qrupunun MSK-dakı məşvərətçi səshüquqlu nümayəndəsi, MM-in deputatı Rauf Əliyev, eləcə də təşviqat qrupunun rayon və şəhər qərargahlarının nümayəndələri, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri keçirilən görüşlərdə iştirak ediblər. Görüşlərdə qeyd olunub ki, Konstitusiya müəyyən sərhəd çərçivəsində xalqın, millətin, dövlətin idarə olunmasının əsas prinsiplərini özündə əks etdirən ali sənəddir. Digər ölkələrdə olduğu kimi hüquqi dövlət olan Azərbaycan da sivil və demokratik qanunlarla idarə olunur. Bütün sahələr üzrə mövcud olan müxtəlif istiqamətli qanunlar insanlar, cəmiyyətdaxili və dövləti münasibətləri tənzimləyir. Amma bütün bu qanunların yeganə istinad mənbəyi Konstitusiyadır. Yəni hər bir ölkənin Konstitusiyası həmin dövlətin siyasi, iqtisadi əsasını, dövlətin idarə formasını, vətəndaşların hüquq və azadlıqlarını, məhkəmə sistemini, demək olar ki, cəmiyyət həyatının bütün sahələrini əhatə edən ən ali sənəddir. Dövlətçiliyimizin əsrlərlə yaşı olsa da, Konstitusiya tariximiz çox gəncdir. Konstitusiya adətən ümumxalq səsverməsi yolu ilə qəbul olunur. Buna görə də referendum keçirilir. Təşviqat qrupunun keçirdiyi bütün görüşlərdə “Yeni Azərbaycan”ın Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruriliyinin nədən ibarət olduğu barədə ətraflı izahat işi aparılıb. Qeyd olunub ki, ölkə Konstitusiyası 1995-ci ildən fəaliyyətdədir. ötən dövr ərzində Azərbaycan çox böyük inkişaf yolu keçmiş və təcrübə qazanıb. Bu inkişaf və tərəqqi də öz növbəsində qanunlarımızın özündə təkmilləşmə işinin aparılmasını zəruri edir. ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ölkəmizin keçdiyi tarixi yol, eləcə də mütərəqqi dünya praktikası nəzərə alınıb. Buna görə də həmin müddəalar o dövr üçün tam real idi. Amma zaman keçib, ölkəmiz böyük bir inkişaf yolu qət edib, dövlət quruculuğu möhkəmlənib. Ona görə də Konstitusiya islahatlarına ehtiyac həm də ictimai-siyasi həyatın dəyişməsi, Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü ilə əlaqədardır. Əbədi olmayan qanunlar sosial-iqtisadi və siyasi islahatların nəticəsində mütləq dəyişiklikliyə məruz qalır. “Yeni Azərbaycan”ın keçirdiyi bütün görüşlərdə belə bir fikir səslənib ki, “heç kəs iki dəfədən artıq Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz” məhdudiyyəti demokratik prisiplərə və insanların seçimək və seçilmək hüquqlarına ziddir. Təbii ki, bu cür dəyişikliklərdə ayrı-ayrı şəxsiyyətlər deyil, bütövlükdə Azərbayca dövlətçiliyinin mənafeyi, ölkənin milli təhlükəsizliyi məsələsi üstünlük təşkil edir.
“Yeni Azərbaycan” təşviqat qrupunun keçirdiyi görüşlərə qatılmış bütün seçicilər 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edəcəklərini, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bəyan ediblər.