Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

06.03.2014 [09:43]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib.
Dövlətimizin başçısı İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. İyad bin Amin Mədəninin yeni vəzifəyə seçildikdən sonra ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni baş katib seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Görüşdə ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulanıb.

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31