Sənayeləşmədə yeni dövr
17.01.2026 [12:49]
Qərb Sənaye Parkı qeyri-neft istehsalının əsas sütunlarından birinə çevriləcək
Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılacaq. Yeni Sənaye Parkı “Azəralüminium” MMC-nin istifadəsindəki sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 81,8 hektar torpaq sahəsində, eləcə də Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 100 hektar torpaq sahəsində yerləşəcək. Parkın yerləşəcəyi ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun yaradılması üçün zəruri tədbirlər görüləcək. Azərbaycanda sənayeləşmə təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyən edilib. Bu hədəf strategiyasına uyğun olaraq, ölkəmizdə yeni mərhələyə daxil olmuş sənayeləşmə milli istehsalın artması ilə yanaşı, həm də onun səmərəliliyinin və rəqabət qabiliyyətinin güclənməsinə töhfə verməkdədir. Son illərdə sənaye zonalarının inkişafını təmin edən investisiya təşviqləri sayəsində müasir texnologiyaların tətbiqi, ən qabaqcıl innovasiya infrastrukturunun qurulması və ixracı stimullaşdıran güclü ekosistemlərin yaradılması geniş vüsət almaqdadır. Bu baxımdan Qərb Sənaye Parkının yaradılması ölkə sənayesinin yeni qollarından biri olmaqla milli sənaye istehsalına dəyər qatacaq müəssisələrdən biri hesab edilə bilər. Azərbaycanın 10-cu sənaye parkı olmaqla, adıçəkilən sənaye zonası respublikamızda sənayeləşmənin əsas mərkəzi ünvanlarından birinə çevriləcək.
Sənaye parkları ixracın artmasını təşviq edir
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət və dövlətin təşviqedici qərarları sayəsində rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiq olunduğu güclü sənaye zonaları bloku formalaşıb. Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması və digər sənaye zonalarında yeni rezidentlərin qeydə alınması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Həmçinin cari ilin ortalarında fəaliyyətə başlayan “Laçın Aqro-Sənaye Parkı”ndakı “PIRSHAGHI” və “LATIFA” fabrikləri ölkəmizin sənaye zəncirinə qoşulmaqla ölkə iqtisadiyyatına reinteqrasiyanı təmin etməkdədir.
57 milyard manatdan çox sənaye məhsulu istehsal olunub
Ümumilikdə, respublikamızda fəaliyyət göstərən sənaye parklarında potensialın artması qeyri-neft sənayesinin inkişafını təmin etməklə, bu sektorun əsas əlavə dəyəri formalaşdıran fiskal sahə olduğunu göstərir. Bu ardıcıl xarakter daşıyan sənayeləşmə strategiyasının nəticəsidir ki, sənayenin ÜDM-də və qeyri-neft ixracında payı yüksəlir. Son 5 ildə Azərbaycanın sənaye zonalarına 750 milyon manatdan çox investisiya yatırılıb, 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib və 4 milyard manatdan çox sənaye məhsulu ixrac edilib. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur.
2025-ci ildə yanvar-noyabr aylarında ölkəmizdə 57,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib, qeyri neft-qaz sektorunda istehsal 4,8 faiz artıb.Yəni bu sektorda əlavə dəyərin əsas hissəsi qeyri-neft sənaye sektorunda yaradılıb və sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.
Sənaye parkları yerli sahibkarlar və xarici investorlar arasında həm də müştərək iqtisadi zəncirin qurulmasını təmin edir. Bütün bunları nəzərə aldıqda Qərb Sənaye Parkının sənaye inkişafında xüsusi əhəmiyyəti olduqca əhəmiyyət kəsb edir. Gəncə Azərbaycanın ikinci sənaye bölgəsi kimi bir neçə sənaye müəssisəsinin, Avtomobil Zavodunun, istehsal və emal komplekslərinin, yüngül və yeyinti sənayesi müəssisələrinin fəaliyyət göstərdiyi ölkə əhəmiyyətli iqtisadi resurs zonasıdır. Eləcə də Şəmkir rayonu ölkəmizin emal sənayesi sektorunda son illər öz potensialını artıran və yeni müəssisələrin qurulması ilə inkişafa töhfə verən bölgələrdən biridir. Bu baxımdan bu bölgədə Qərb Sənaye Parkının yaradılması həmin regionda həm infrastrukturların müasirləşdirilməsi, həm də istehsal-emal və xidmət tipli müəssisələrin açılması üçün də yeni mərhələnin əsasını qoyacaq.
Hədəf qeyri-neft sənayesində ixracın payını 25 faizə çatdırmaqdır
Qərb Sənaye Parkı istehsal və emal xidmətlərinin ixtisaslaşmış sahəsi olmaqla, Azərbaycanın sənaye arxitekturasında yeni sütunlardan birinə çevriləcək. Park ölkəmizin iqtisadi imkanlarının daha da artması, qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft resurslarının tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Park ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasına əlavə güc qatacaq, ümumi sənaye ixracına qoşulmaqla qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verəcək.
“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində sənayenin inkişafı prioritet olaraq müəyyənləşdirilib. Dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Sənədə əsasən, qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,4 faiz artacaq, sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15 faiz, ixracda payı isə 25 faiz olacaq.
Dövlətin institusional, iqtisadi və stimullaşdırıcı dəstəyi isə Azərbaycanın yeni sənaye transformasiyasına keçidi sürətləndirməklə, qabaqcıl texnologiyalar və təcrübə mübadiləsinə imkan verən qlobal dəyər zəncirinə inteqrasiyasını təmin edəcək. Bu, öz növbəsində qeyri-neft iqtisadiyyatının aparıcı artım mənbəyi kimi sənayenin aparıcı mövqeyini daha da möhkəmləndirəcək.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56

