/ / Prezident İlham Əliyev Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
Prezident İlham Əliyev Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
12.09.2013 [09:20]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Bakının Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi ardıcıl surətdə davam etdirilir.
Əvvəlcə Prezident İlham Əliyev 53 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, məktəbin birinci korpusu 1961-ci ildə inşa olunub. 2008-ci ildə 360 şagird yerlik ikinci korpus inşa edilib. Hazırda məktəbdə 1780 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbdə əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, şahmat və musiqi otaqları müasir şəkildə yenidən qurulub və lazımi avadanlıqla təchiz edilib.
Daha sonra Prezident İlham Əliyev 21 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, məktəbin binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar gecə məktəbi, 1958-ci ildən 8 illik, 1976-cı ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Azərbaycan Prezidenti ötən il sentyabrın 5-də 21 nömrəli məktəbdə olarkən şagird sıxlığının aradan qaldırılması məqsədi ilə yeni korpusun inşa olunması ilə bağlı yerindəcə göstərişlər verib. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq 17 sinif otağından ibarət 340 şagird yerlik üçmərtəbəli yeni korpus ən müasir standartlara uyğun şəkildə inşa olunub. Bundan əlavə, məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri, açıq və qapalı idman meydançaları, iclas zalı, kitabxanası, yeməkxanası, tibb otağı əsaslı şəkildə yenidən qurulub və müasir avadanlıqla təchiz edilib.
Prezident İlham Əliyev yaradılan şəraitlə yaxından tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

