/ / Prezident İlham Əliyev Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
Prezident İlham Əliyev Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
31.08.2013 [09:26]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Xüsusi Dövlət proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb və uşaq bağçaları binalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıq zolaqları salınır.
Prezident İlham Əliyev əvvəlcə Binəqədi rayonundakı 135 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, 1970-ci ildə istifadəyə verilən məktəbdə Dövlət proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. Məktəbin elektrik və kommunikasiya xətləri yeniləri ilə əvəz olunub, müasir istilik sistemi quraşdırılıb. 1020 şagird yerlik məktəbin bütün sinif otaqları, idman və iclas zalları, yeməkxanası tam təmir olunub, həyətdəki açıq idman meydançası əsaslı şəkildə yenidən qurulub. Məktəbdə dərslər bir növbədə aparılacaq.
Sonra Prezident İlham Əliyev 248 nömrəli orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Burada görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Məktəbin 1969-cu ildə istifadəyə verildiyi qeyd olunub. Bildirilib ki, 1020 şagird yerlik bu orta məktəbin 41 sinif otağı var. Dərslər bir növbədə keçirilir. Bütün sinif otaqları, fənn kabinetləri, idman və iclas zalları yüksək standartlar səviyyəsində təmir edilib. Məktəbin işıq və istilik sistemi ən müasir tələblər səviyyəsindədir.
Dövlətimizin başçısı sinif otaqlarına, ayrı-ayrı fənn kabinetlərinə baxıb, idman və iclas zallarında yaradılan şəraitlə yaxından tanış olub.
Məktəbin həyətindəki açıq idman meydançası da yenidən qurulub. Bu təhsil ocağının ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilib.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

