/ / Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
15.01.2025 [13:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu bildirdi. Ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyən qonaq bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu qeyd etdi. Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyini vurğuladı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını dedi. O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapdığını bildirdi.
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd etdi. Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafının önəmi vurğulandı. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkəmizin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu dedi. Prezident İlham Əliyev ölkəmizin sədrliyi dövründə nəzərdə tutulan işlərin həyata keçirilməsində Azərbaycanla təşkilat arasında fəal birgə əməkdaşlığın aparılmasının zəruriliyini bildirdi. Dövlətimizin başçısı bu təşkilatın Asiya regionunda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli təsisat olduğunu bir daha diqqətə çatdırdı.
Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq bu münasibətlə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı da öz növbəsində COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, lazımi tədbirlərin görüldüyünü dedi, həmçinin tədbirdə qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini vurğuladı, bu xüsusda yeni maliyyə hədəfi, karbon bazarı və digər məsələlər üzrə önəmli qərarların qəbuluna toxundu.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

