Kəlbəcər sürətlə abadlaşır...
04.09.2024 [10:17]
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər 1993-cü il aprelin 3-də Ermənistanın işğalı altına düşüb. Müzəffər Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində bu rayon 2020-ci il noyabrın 25-də bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu, Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də böyük uğuru idi.
İşğal altına düşən digər ərazilərimiz kimi, Kəbəcər rayonu da təxminən otuz illik işğal dövründə erməni vandalları tərəfindən dağıdılmış və talan edilmişdi. Postmüharibə dövründə isə azad Kəlbəcərin yeni dövrü başlayıb. Rayon sürətlə abadlaşır və buraya həyat qayıdır. Göz önündə yeni bir Kəlbəcər formalaşır. Bu günlərdə rayona gələn Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada bir sıra açılış və təməlqoyma tədbirlərinə qatılıblar.
Kəlbəcərdə salınan yeni yaşayış kompleksləri
İşğal dövründə Kəlbəcərdən məcburi qaydada köç edən sakinlər respublikanın ayrı-ayrı bölgələrində uyğunlaşdırılmış tikililərdə yaşamaq məcburiyyətində qalmışdılar. Artıq ağır, məhrumiyyətlərlə dolu qaçqınlıq dövrü arxada qalıb. Rayonda yeni yaşayış komplekslərinin salınması burada intensiv şəkildə aparılan abadlıq işlərinin mühüm bir istiqamətini təşkil edir. Rayona səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır. Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır.
Eyni zamandada, Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. Bu kompleks 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir. Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada, ümumilikdə, 160 ailənin yaşaması planlaşdırılır.
Dövlətimizin başçısının iştirakı ilə Kəlbəcər rayonunun İstisu qəsəbəsinin də təməli qoyulub. Məlumat verildiyi kimi, İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.
Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək.
İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq.
Səfər çərçivəsində Prezident İlham Əliyev, həmçinin Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub. İnzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə, Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub.
Kəlbəcər Şəhər Təhsil Kompleksində görülən işlər
Kəlbəcərin abadlaşdırılması proqramı çərçivəsində burada sosial təyinatlı infrastrukturun yaradılması da diqqət mərkəzində saxlanılır. Sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar. Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək. Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur.
Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edilib ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək.
Tarixi abidələrə qayğı
Rayon ərazisində yerləşən tarixi abidələrə də qayğı göstərilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar. Bildirildiyi kimi, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.
Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xa? kompozisiyalı xaşdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
10 Sentyabr 20:40
Siyasət
10 Sentyabr 20:27
Xəbər lenti
10 Sentyabr 20:25
Siyasət
10 Sentyabr 20:10
Siyasət
10 Sentyabr 19:55
Xəbər lenti
10 Sentyabr 19:40
Elm
10 Sentyabr 19:25
Siyasət
10 Sentyabr 19:20
Siyasət
10 Sentyabr 19:10
İdman
10 Sentyabr 18:55
İdman
10 Sentyabr 18:55
Siyasət
10 Sentyabr 18:45
Sosial
10 Sentyabr 17:16
Sosial
10 Sentyabr 17:06
Sosial
10 Sentyabr 16:40
YAP xəbərləri
10 Sentyabr 16:38
Sosial
10 Sentyabr 16:36
İqtisadiyyat
10 Sentyabr 16:34
Sosial
10 Sentyabr 16:25
İdman
10 Sentyabr 16:23
Sosial
10 Sentyabr 16:21
Sosial
10 Sentyabr 16:18
YAP xəbərləri
10 Sentyabr 16:14
YAP xəbərləri
10 Sentyabr 16:12
YAP xəbərləri
10 Sentyabr 16:08
YAP xəbərləri
10 Sentyabr 16:05
Siyasət
10 Sentyabr 16:02
Xəbər lenti
10 Sentyabr 15:30
Elm
10 Sentyabr 15:27
YAP xəbərləri
10 Sentyabr 15:08
YAP xəbərləri
10 Sentyabr 14:52
YAP xəbərləri
10 Sentyabr 14:50
Hərbi
10 Sentyabr 14:47
Sosial
10 Sentyabr 14:46
Dünya
10 Sentyabr 14:16
Xəbər lenti
10 Sentyabr 14:15
İqtisadiyyat
10 Sentyabr 14:13
İdman
10 Sentyabr 14:12
Gündəm
10 Sentyabr 14:03
Elm
10 Sentyabr 12:57
Xəbər lenti
10 Sentyabr 12:42
Elm
10 Sentyabr 12:25
YAP xəbərləri
10 Sentyabr 12:23
YAP xəbərləri
10 Sentyabr 12:21
Dünya
10 Sentyabr 11:57
Elm
10 Sentyabr 11:55
İdman
10 Sentyabr 11:54
Dünya
10 Sentyabr 11:53
Elm
10 Sentyabr 11:53
Diaspor
10 Sentyabr 11:52
Sosial
10 Sentyabr 11:18
Sosial
10 Sentyabr 11:17
İdman
10 Sentyabr 11:15
Xəbər lenti
10 Sentyabr 11:14
Dünya
10 Sentyabr 11:13
Sosial
10 Sentyabr 11:02
Elm
10 Sentyabr 11:02
İdman
10 Sentyabr 09:54
Elm
10 Sentyabr 09:53
Gündəm
10 Sentyabr 09:41
Gündəm
10 Sentyabr 09:33
Siyasət
10 Sentyabr 09:22
Elm
10 Sentyabr 09:04
Siyasət
10 Sentyabr 09:00
İdman
10 Sentyabr 08:57
Siyasət
10 Sentyabr 08:54
Siyasət
10 Sentyabr 08:52
Siyasət
10 Sentyabr 08:42
Siyasət
10 Sentyabr 08:39
Siyasət
10 Sentyabr 08:36