Qələbədən qələbəyə!
20.04.2024 [10:10]
4 kənd də qaytarıldı…
Qeyri-anklav kəndlərimiz bir güllə atılmadan azad edildi
Xəbər verildiyi kimi, aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdən sonra mətbuata açıqlamada bildirilib ki, delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırılıb. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Eyni zamanda, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib. Delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacağı bildirilib. Bundan başqa, tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Məntiqi nəticə...
Bəli, aylardır davam edən proses özünün məntiqi nəticəsinə varmaqdadır. Vətən müharibəsinin yekununda bir güllə belə atmadan 3 rayonunu işğaldan azad edən Azərbaycan yenidən tarixi bir uğura imza atıb - 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Ali Baş Komandan, Prezident İlham Əliyevin növbəti qələbəsidir. 44 günlük müharibədən ötən 4 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm bir yol keçib. 2023-cü il antiterror tədbirləri, 2024-cü ilin aprelində rusiyalı sülhməramlıların bölgədən çıxması prosesinə start verilməsi, hazırki durumda isə 4 qeyri-anklav kəndin qaytarılması Prezidentimizin xalqımıza növbəti hədiyyəsi və müjdəsidir. Təmkinli və planlı şəkildə iş aparan Azərbaycan bölgənin siyasi simasını yeniləməkdə davam edir. Görülən tədbirlər ölkəmizin qarşıya qoyulan hədəflərə ən qısa müddətdə çatacağını bir daha sübuta yetirir.
Xatırladaq ki, qeyri-anklav kəndlərin geri qaytarılması məsələsi hələ 2020-ci il Vətən müharibəsi dövründə aktuallığını qoruyurdu. Post-müharibə dövründə açıq müzakirə edilən və daim gündəlikdə saxlanan məsələ dövlətin əsas prioritetlərindən biri kimi çıxış edirdi. Ötən müddət ərzində müvafiq delimitasiya komissiyalarının keçirdiyi görüşlərin əsas müzakirə predmetlərindən biri məhz bu mövzu idi - məsələnin uğurla öz həllini tapması isə Azərbaycan dövlətinin yeni mərhələdə yeni nailiyyəti sayılmalıdıdır.
Qəti mövqe...
Vurğulamaq lazımdır ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Növbəti mərhələlərdə görüləcək işlərlə bağlı isə yeni görüşlər planlaşdırılır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması isə Azərbaycanın təkidi ilə baş verdi. İlkin mərhələdə qeyri-anklav kəndlərin məsələsinin həllinin ön plana çıxarılması ölkəmizin bu məsələdəki açıq mövqeyinə bir daha işıq salmış oldu. Ötən ilin payızından etibarən keçirilən görüşlərdə qarşı tərəfin bəzi hallarda qeyri-adekvat mövqe sərgiləməsinə baxmayaraq, ölkəmiz qəti şəkildə birmənalı yanaşmasını ortaya qoymuş oldu - Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini və sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı dilə gətirdi. Ölkəmizin məsələyə baxışı tam şəkildə beynəlxalq hüquqa əsaslanır - bu mənada, Ermənistanın razılığa gəlməkdən başqa hər hansı bir şansı yox idi.
Müdaxilə cəhdləri olmasa...
Bu davranışlar, Ermənistan ilə Azərbaycan arasında növbəti dəfə razılığa gəlinmə halı daha bir reallığı göz önünə sərdi. Bölgənin sabitliyinə təhdid yaratmağa çalışan qüvvələrin apardıqları yalan “təbliğat” bütün detalları ilə ifşa olundu. Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin propaqandası növbəti dəfə iflasa uğradı. Azərbaycan artıq uzun müddət idi ki, həm bütün dünyaya, həm də qarşı tərəfə izah edirdi ki, hazırki prosesdə “vasitəçi”yə ehtiyac yoxdur. ABŞ, Aİ kimi vasitəçilik adı altında prosesə müdaxilə etmək istəyənlərin bu arzuları ürəklərində qaldı - bu ilin fevralında andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev vurğulamışdı ki, artıq proses iki dövlət arasında həll edilməlidir. Delimitasiya komissiyalarının görüşü, əldə olunan razılıq, gəlinən qənaət isə bir daha onu təsdiq edir ki, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etmək iqtidarındadırlar - ABŞ və Aİ kimi korporativ maraqlar ilə prosesə müdaxilə etmək istəyənlər isə yalnız maneə və ziyan vurur. Bu fakt onu göstərir ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

