Dilinin altında gizlənmiş yazıçı
05.08.2023 [12:42]
Andrey Platonovun "Can” povesti haqqında
Bir çox əsərində zahirən sosializm quruculuğundan bəhs olunsa da, Platonov mahiyyətcə dini-mistik yazıçıdır. Senzuranın qılıncından qorunmaq üçün o, dərinə batırdığı yazıçı həqiqətini, inancını, imanını Lenin-Stalin quruluşunun şüarları, rəngləri, rəmzləri altında gizləmişdi. 1934-cü ildə qələmə aldığı “Can” povesti buna ən bariz örnəkdir. Ancaq əsərin yalnız 1978-ci ildə - yazıldığından 44 il (!) sonra işıq üzü görməsi onu deyir ki, senzuranı azdırmaq Platonova heç də hər saat qismət olmayıb. Hələ 1931-ci ildə onun Moskvada çıxan ədəbi jurnallardan birində dərc olunmuş povestini oxuyan İosif Stalin qəzəblənib əsərə belə bir dərkənar qoymuşdu: “İstedadlı əclafdır”. Bundan sonra dahi rəhbər, ellər atası ədəbiyyat generallarını kabinetinə yığıb onlara divan tutmuşdu, dilinin altında gizlənmiş xalq düşmənini ifşa eləmək əmri vermişdi.
Əlbəttə, bütün bunlar Platonovun ədəbi bəxtinə azman bir kilid vurmuşdu, sovet nəşriyyatlarının, qəzet-jurnallarının qapılarını onun üzünə bağlamışdı. Onun uzun sürməyən həyatı cəhənnəm əzabları içində keçmişdi, yaradıcılığının çiçəkləndiyi dövrdə aldığı zərbə ölümcül olmuşdu. 1938-ci ildə on beş yaşlı oğlu tutulub islah-əmək koloniyasına göndərilmişdi, üç-dörd il sonra azad buraxılsa da, dustaqlıqda mübtəla olduğu vərəm xəstəliyindən vur-tut iyirmi yaşında atasının qolları üstündə keçinmişdi. Aradan bir doqquz il də ötmüş - 1951-ci ildə ən böyük rus yazıçılarından biri Andrey Platonov özü də oğlundan aldığı qadanın vurduğu yaralarla əlli iki yaşı tamam olmamış dünyadan köçünü sürmüşdü.
Stalin dövrünün cinayətləri hələ Xruşşov dönəmindən ifşa olunsa da, sonrakı illərdə sovet ədəbi atmosferi xeyli yumşalsa da, şəxsən rəhbərin özündən başı çəkmiş yazıçının qapısı açılmamışdı. Otuzuncu illərin ikinci yarısında, eləcə də İkinci Dünya müharibəsi illərində (bu zaman o, hərbi müxbir kimi fəaliyyət göstərirdi) yazılarının çapına qismən icazə verilsə də, savaşdan sonra - 1946-cı ildə qələmə aldığı “Qayıdış” hekayəsi sovet mətbuatının, nəşriyyatların qapılarını onun üzünə biryolluq bağlamışdı. Əsərlərinin kütləvi nəşri yalnız sovet dövlətinin can verdiyi illərdə mümkün olmuşdu.
***
Moskva İqtisadiyyat İnstitutunun məzunu, türkmən oğlu Nazar Cağatayev öz yurduna dönüb, mənsub olduğu “can” adlı xalqı tapmaq, onları keçmişin qaranlığından, tarixin sahilindən canlı həyata qaytarmaq tapşırığı alır. Ondan əvvəl də belə bir tapşırıqla qumlu səhranı dolaşanlar olub, fəqət hamısı ağcaqanadlarla, cürbəcür başqa həşəratlarla, aclıqla, qıtlıqla çarpışmada məğlubiyyətə uğrayıb.
Paytaxtdan yola düşməmiş Nazar Vera (inam, etiqad) adlı atsifət qadınla simvolik nikaha girir, əri ölmüş köməksiz hamilə qadına rəhmi gəlsə də, oğlan Veradan çox onun gənc qızı Ksenyaya rəğbət bəsləyir. Yaşamaqdan yorğun Vera Nazarı öz missiyasıyla cəhənnəmə uğurlayanda “mən insanları itirməyə alışqanam” deyir. Cağatayev qayıdana o, dünyadan köçmüş olacaq.
Beləliklə, türkmən oğlu on beş il qabaq ayrıldığı yurduna, elinin-obasının içinə dönür. Onun amansız çöllərdə veyil-veyil dolaşan xalqı can üstədir. Bu xalq yetimlərin, yesirlərin, atılmışların, qovulmuşların, didərginlərin, çölləmələrin bir ölüm vadisinə toplaşmasından yaranıb. Bu adamların aclıqdan, susuzluqdan, arzusuzluqdan, ümidsizlikdən cismi əriyib itib, quru cəsədlərindən savayı heç nələri yoxdur, bir-birinə dəyən sümükləri şaqqıldayır, səhrada ruh kimi dolaşırlar. Qəbiləyə verilmiş (daha doğrusu, onların özlərinə verdiyi) “can” adı da eynən klassik Şərq poeziyasında olduğu kimi “ruh” mənasında işlənir. Onların qərq olduğu Sarıqamış səhrası ta qədimdən cəhənnəmin rəmzi də yox, özü sayılır, həm də bütün dünyanın cəhənnəmi. İndi Nazar Cağatayev bu insanları cəhənnəmdən ağ günə çıxarmalıdır.
***
Onun missiyasını yəhudiləri kölə şüurundan qurtarmaq üçün qırx il səhrada gəzdirən Musa peyğəmbərin missiyasına da, insanlara maarif işığı, bilik ziyası, həqiqət odu bağışlayan əzabkeş Prometeyin missiyasına da bənzədirlər. Nazar xalqının içindən on beş il əvvəl çıxıb, daha doğrusu, anası Gülçatay onu yaşadığı cəhənnəmdən uzaqlaşdırıb ki, səhrada diri-diri çürüməkdənsə gedib özünə gün ağlasın. Nazarın atası İvan Cağatayev rus ekspedisiya ordusunun əsgəri olub, ancaq gənc iqtisadçı atasını xatırlamır. Anası onu yanından genidəndə bunu da tapşırıb ki, özünə yeni ata tapsın.
Nazar da tapıb. Onun ideal atası dünya proletariatının rəhbəri, məzlumların pənahı Stalin yoldaşdır. Bu, İsa Məsihin öz bioloji atasından üz döndərib mənəvi atasına - cəmi məxluqatın yaradıcısı Tanrı ataya sığınmasına necə də bənzəyir. Nazarı səhraya göndərən katib Tanrının mələyi funksiyasını yerinə yetirir. Cağatayevin oxuyub təlim-tərbiyə aldığı azad, firavan kommunist Moskvası Tanrı dərgahının, metafizik aləmin, cənnətin timsalıdır. Bu cənnətdən xüsusi tapşırıqla cəhənnəmə ezam olunan Tanrı elçisi, peyğəmbər öz missiyasını uğurla başa vurub yenidən dərgaha qayıtmalıdır.
***
Can qəbiləsinin adamları eyni cəhənnəmdə yaşasalar da, bir-birinin dərdini çəkməmək, ölümünə ağlamamaq üçün bir-birindən gen gəzirlər. Onları bir-birinə bağlayan tellər qırılıb, onlar başqasının qayğısını çəkməyi yadırğayıblar. Platonov üçün bu, çox vacib məsələdir. Bu - yəni başqası. İnsan yalnız bəşəri maraqlar güdəndə, ümumi xoşbəxtlik naminə yaşayanda özü də xoşbəxt olur, həyatı məzmun qazanır (Bu mənada onu Lev Tolstoyun ardıcılı saymaq olar). Platonova görə, azad olmaq elə xoşbəxt olmaq deməkdir, insan yalnız azadlıqda gerçək xoşbəxtliyə yetişə bilər. Can qəbiləsinin adamları xoşbəxtliyin dadını itiriblər, çünki onların ruhu işlək deyil, bir-biriylə ünsiyyətdən, sevgidən, sədaqətdən, fədakarlıqdan məhrum olublar. Demək, insanlıq sifətindən çıxıblar. Cəhənnəm də elə insanlığın bu halıdır.
Hətta qohumluq bağları, doğmalıq duyğuları da onların halını dəyişə bilmir. Cağatayevin anası onu tanıyanda bir müddət mütəəssir olur, oğlunun telinə sığal çəkir, köynəyini, patavasını qoxulayır. Ancaq itiyinə qovuşmuş Gülçatayın sevinci də uzun sürmür, arvad oğlunu doyunca sevib əzizləməyə özündə güc tapa bilmir, ani fərəhin yerini yenə laqeydlik, biganəlik, dərin qüssə, donuq apatiya alır.
Qumsal çöllükdə, yerüstü cəhənnəmdə təbiət də yiyəsiz, başlı-başınadır. Külək ot-alafı qovur, qoyunlar ot dalınca qaçır, canavarlar qoyunları güdür. Burada insan müdaxiləsinə (əslində Tanrının müdaxiləsinə) ehtiyac var, yalnız insan əli bu özbaşınalığın, anarxiyanın qarşısını alıb, xaosu nizama sala, səhranı gülüstana çevirə bilər. Qumdan bərəkət tutmağa, qısır torpaqdan bala almağa yalnız qüdrətli insan əllərinin gücü çatar. Bu möcüzəni yaratmaq üçün insanların birliyi, birgəliyi gərəkdir. Can cana söykənməli, ürək ürəyə dəyməlidir.
Bir sabah ertə Nazar gözünü açanda yanında bir qoca qoç görür. Bu qoç qırx başlıq qoyun sürüsünün başçısıdır. Heyvan Cağatayevin boynunu-boğazını yalayır, ona mehribanlıq göstərir, ondan imdad diləyir. Çobansız qalmış sürü insan hənirindən ötrü qəribsəyib. Hətta qoyun itləri də naxələf çıxıblar, sürünü canavardan qorumaq əvəzinə çobanın yoxluğunu fürsət bilib fərarilik eləyiblər. Təbiət qudurub, nizam pozulub.
F.Uğurlu
Ardı növbəti sayımızda…
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Oktyabr 17:25

Xəbər lenti
03 Oktyabr 16:18

Xəbər lenti
03 Oktyabr 16:17

İqtisadiyyat
03 Oktyabr 15:33

Xəbər lenti
03 Oktyabr 15:32

Asiya
03 Oktyabr 15:21

Xəbər lenti
03 Oktyabr 15:10

Xəbər lenti
03 Oktyabr 14:53

Xəbər lenti
03 Oktyabr 14:39

Xəbər lenti
03 Oktyabr 14:13

Xəbər lenti
03 Oktyabr 14:12

Xəbər lenti
03 Oktyabr 14:04

Dünya
03 Oktyabr 13:31

Xəbər lenti
03 Oktyabr 13:22

Xəbər lenti
03 Oktyabr 13:14

Maraqlı
03 Oktyabr 13:12

Xəbər lenti
03 Oktyabr 12:45

Mədəniyyət
03 Oktyabr 12:39

Maraqlı
03 Oktyabr 12:36

Xəbər lenti
03 Oktyabr 12:11

Siyasət
03 Oktyabr 11:55

Xarici siyasət
03 Oktyabr 11:53

MEDİA
03 Oktyabr 11:49

Siyasət
03 Oktyabr 11:41

Siyasət
03 Oktyabr 11:36

Xəbər lenti
03 Oktyabr 11:34

Siyasət
03 Oktyabr 11:23

Xəbər lenti
03 Oktyabr 11:18

Siyasət
03 Oktyabr 11:15

Xəbər lenti
03 Oktyabr 11:11

Xəbər lenti
03 Oktyabr 11:10

Xəbər lenti
03 Oktyabr 11:08

Xəbər lenti
03 Oktyabr 11:08

Siyasət
03 Oktyabr 11:07

Xəbər lenti
03 Oktyabr 11:06

Xəbər lenti
03 Oktyabr 11:05

Xəbər lenti
03 Oktyabr 11:04

Xəbər lenti
03 Oktyabr 10:55

Xəbər lenti
03 Oktyabr 10:53

Siyasət
03 Oktyabr 10:45

Siyasət
03 Oktyabr 10:30

Gündəm
03 Oktyabr 10:20

Analitik
03 Oktyabr 10:10

Gündəm
03 Oktyabr 10:00

Xəbər lenti
03 Oktyabr 09:35

Gündəm
02 Oktyabr 20:40

Xəbər lenti
02 Oktyabr 20:37

Xəbər lenti
02 Oktyabr 20:35

Xəbər lenti
02 Oktyabr 19:41

Xəbər lenti
02 Oktyabr 18:24

Xəbər lenti
02 Oktyabr 18:11

Xəbər lenti
02 Oktyabr 17:46

Xəbər lenti
02 Oktyabr 16:50

Xəbər lenti
02 Oktyabr 16:35

Xəbər lenti
02 Oktyabr 16:28

Siyasət
02 Oktyabr 16:26

Siyasət
02 Oktyabr 16:20

Xəbər lenti
02 Oktyabr 16:11

Xəbər lenti
02 Oktyabr 16:00

Xəbər lenti
02 Oktyabr 15:46

Xəbər lenti
02 Oktyabr 15:33

Xəbər lenti
02 Oktyabr 15:07

Xəbər lenti
02 Oktyabr 15:05

Xəbər lenti
02 Oktyabr 14:42

Xəbər lenti
02 Oktyabr 14:09

Xəbər lenti
02 Oktyabr 13:48

Xəbər lenti
02 Oktyabr 13:46

Siyasət
02 Oktyabr 13:42

Xəbər lenti
02 Oktyabr 13:39

Xəbər lenti
02 Oktyabr 13:13
