Süni intellektdən tam asılılıq insan zəkasını zəiflədə bilər
20.05.2026 [09:12]
Böyük Britaniyada astronomiya sahəsində fəaliyyət göstərən ən qədim elmi qurumlardan biri olan “Royal Observatory Greenwich” sürətlə yayılan və mürəkkəb suallara ani cavab verən süni intellekt alətlərinin uzunmüddətli perspektivdə insanların zehni qabiliyyətlərini zəiflədə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə BBC-nin hesabatında məlumat verilib. Qrinviçdəki Kral Muzeyləri Qrupunun (“Royal Museums Greenwich”) direktoru və rəsədxananın rəhbəri Paddy Rodgers bildirib ki, qurumun zəngin elmi tarixi insan zəkasının və elmi marağın gücünü nümayiş etdirir. O, eyni zamanda, süni intellektdən tam asılı vəziyyətə düşməməyin vacibliyini vurğulayıb.
P.Rodgers qeyd edib ki, yalnız ani cavablara güvənmək insanlarda sual vermək və məlumatı tənqidi qiymətləndirmək bacarığının zəifləməsinə səbəb ola bilər. Halbuki məhz bu keyfiyyətlər bilik, təcrübə və innovasiyanın əsasını təşkil edir.
Onun sözlərinə görə, bu açıqlamalar rəsədxanada həyata keçirilən “First Light” (“İlk işıq”) adlı genişmiqyaslı yenidənqurma layihəsi fonunda səsləndirilib. Layihə son 350 ildən artıq müddətdə burada fəaliyyət göstərmiş astronomların elmi irsini qorumağı və onu müasir elmi yanaşma ilə yenidən təqdim etməyi hədəfləyir.
Rodgers bildirib ki, bir çox mühüm elmi kəşf texnoloji inkişaf olmadan mümkün olmazdı. Bununla belə, o vurğulayıb ki, texnologiya təkbaşına kifayət etmir. Elmi tərəqqi həm də insan marağına, sual vermək bacarığına və bəzən gözlənilməz nəticələr doğuran cavabların axtarışına əsaslanır. Bu xüsusiyyətlər isə süni intellekt sistemlərinin hər zaman təqdim edə bilmədiyi insani keyfiyyətlərdir.
Rəsədxana rəhbəri əlavə edib ki, ilk astronomlar səma ilə bağlı böyük həcmdə məlumat toplamış, həmin məlumatlar isə sonradan onların təsəvvür belə etmədikləri sahələrdə istifadə olunmuşdu.
Məqalədə qeyd olunur ki, müasir dövrdə süni intellekt mühüm elmi nailiyyətlərin əldə olunmasına da töhfə verir. Belə ki, 2024-cü ildə zülallar sahəsində inqilabi kəşfə görə kimya üzrə Nobel mükafatı alan DeepMind şirkətinin rəhbəri Demis Hassabis zülal strukturlarının böyük hissəsinin proqnozlaşdırılması üçün süni intellektdən istifadə edib və AlphaFold 2 alətini hazırlayıb.
Öz növbəsində, Reid Hoffman süni intellekti insanın idrak imkanlarında mühüm dönüş nöqtəsi kimi qiymətləndirib. O, BBC-yə müsahibəsində bildirib: “Süni intellektdən ideyalarınızı yoxlayan bir tərəf kimi istifadə edin. Məsələn, ona “Mənim ideyamın zəif tərəfi nədir?” və ya “Bu fikrə alternativ baxış varmı?” kimi suallar vermək olar”.
Akademiklər və tələbələr də elmi araşdırmalarda süni intellektin faydalı rolunu vurğulayıblar. Bildirilib ki, bu texnologiyalar ideyaların yoxlanılması və müxtəlif həll yollarının tapılması prosesində effektiv vasitə kimi istifadə olunur.
Oxford Brookes Universitetinin müəllimlərindən biri qeyd edib ki, süni intellekt alətlərindən məsuliyyətli istifadə tələbələrin diqqətini öyrənmənin daha vacib istiqamətlərinə yönəldə və onların şəxsi inkişafını dəstəkləyə bilər. Bununla yanaşı, düşünmə və təhlil prosesinin tamamilə texnologiyaya həvalə edilməsinin mənfi nəticələr doğura biləcəyi vurğulanıb.
Hazırda mətn, şəkil, video və səs vasitəsilə mürəkkəb sorğulara cavab verə bilən generativ süni intellekt texnologiyaları sürətlə inkişaf edir. Çatbotlar sadə rəqəmsal köməkçi funksiyasından çıxaraq interaktiv ünsiyyət vasitələrinə çevrilib, görüntü yaratma alətləri isə yüksək səviyyədə realistik məzmun hazırlamaq imkanına malikdir. Həmçinin bildirilir ki, inkişaf etmiş süni intellekt modelləri onilliklərdir mövcud olan proqramlaşdırma səhvlərini müəyyən etməyə başlayıb.
Bununla belə, texnologiyanın sürətli inkişafı ilə yanaşı, onun məhdudiyyətləri və həddindən artıq istifadəsinin yarada biləcəyi risklərlə bağlı narahatlıqlar da artır. Rodgers qeyd edib ki, əvvəlki internet platformalarında, məsələn Wikipedia-da istifadəçilər ilkin mənbələrə qayıdaraq məlumatın etibarlılığını yoxlaya bilirdilər. Lakin bəzi müasir süni intellekt alətləri sürətli cavab təqdim etsə də, həmin məlumatın kontekstini və ya ilkin mənbəsini göstərmir. Bu isə istifadəçilərin məlumatın doğruluğunu yoxlama imkanlarını məhdudlaşdırır.
Bununla yanaşı, ənənəvi axtarış sistemlərinə ehtiyac olmadan istifadəçilərə birbaşa cavab təqdim edən generativ süni intellekt alətlərinin yayılması davam edir. “Google” şirkətinin “AI Overviews” funksiyası artıq axtarış nəticələrinin yuxarısında ənənəvi link və mətn fraqmentlərini əvəz etməyə başlayıb. Oxşar yanaşmalar “TikTok” və X platformalarında da müşahidə olunur.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

