Maksim Qorki ilə Andrey Platonovu doğmalaşdıran tənhalıq
20.05.2023 [12:00]
İdeya və mahiyyətcə eyni, lakin ayrı-ayrı məkanları, üslub və formaları özündə birləşdirən mətnlərin hardasa bir-birinə qohumluğu haqda çox düşünmüşəm. Dünya yaranandan bir neçə mövzu mövcuddur ki, bütün yaradıcı şəxsiyyətlər yalnız bu mövzular ətrafında oxşar süjetlər qururlar və bu proses əsrlər boyu təkrarlanır.
Ədəbi genetika deyilən bir məfhum var və hər doğulan yeni yazıçı həm də öz əcdadının oxşarıdır. İsveçrə yazıçısı Georges Haldas özünün “Hərəkətsiz köçəri” əsərində yazır ki, “gələcək bizim daxilimizdəki kahalarda yaşayır”. Bu mənada biz özümüz də əcdadlarımızın daxilindəki kahalardan çıxmışıq. Sözümün mabədi isə başqadır...
Hər bir insan dünyadan köçəcəyi gün haqqında düşünür və necə, hansı şəraitdə öləcəyini bilməyən insan işıq ucu boyda bir ümidə sığınır; öləndə övlad çiynində getmək. Bu ümiddən bir az da ana südünün qoxusu gəlir. Zəif və həm də toxtaqlıq gətirən bir təsəllidir. Rus nəsrinin usta yazıçılarından olan Andrey Platonovun “Üçüncü oğul” hekayəsinin qoca qəhrəmanını xatırlayın. Vilayət şəhərində yaşayan bu qocanın qarısı dünyasını dəyişir və o, müxtəlif diyarlarda yaşayan altı oğlunun hər birinə eyni məzmunlu teleqram yollayır. Onun beli dünyaya verdiyi sualların ən böyüyü kimi bükülmüşdü. Oğullar və ata bir qadının itkisini
fərqli şəkildə qavrayırlar. Təbii ki, qoca üçün bu itkinin miqyası daha böyükdür. Qarısının başa çatmış ömrü növbənin ona çatması deməkdir. O, ölümün soyuq nəfəsini burnunun ucunda hiss edir. Səhər altı oğul tabutu çiyinlərinə alıb məzarlığa aparırlar. Atanınsa içində bir məmnunluq hissi vardı. Düşünürdü ki, o da bu altı oğulun çiynində sonuncu səfərinə çıxacaq. Qocanın bu həyatda sığınacağı yeganə ümid bu arxayınçılıq hissi idi. Kiçik hekayədə yazıçı məkanın da xarakterini yaradır, ona xronotop konsepsiyasından yanaşır. Bu ədəbi priyom Platonov nəsrinə xas olan özəllikldir.
Platonov təkcə əyalət tənhalığının patriarxal bağçalarını təsvir etmir, həm də insan tənhalığının dibsiz, nəhayətsiz kədərini bir qocanın timsalında göstərir. Bu qoca bir az da Çexovun “Qüssə” hekayəsindəki oğlu ölmüş faytonçunu xatırladır. Çox qəribədir, bu insanlar ömrün finişində onu gözləyən labüd ölümdən daha çox məhz dəhşətli tənhalıq əzabından qorxurlar.
Biz bu hissləri Tolstoyun, Dostoyevskinin, Çexovun da əsərlərini oxuyarkən keçiririk. Sanki bu kədərin istifadə müddəti Platonovun əsərlərində tükənmək üzrədir.
Hələ ötən əsrin əvvəllərində Platonovla ideoloji baxımdan əks cəbhədə olan Maksim Qorki “Matvey Kojemyakinin həyatı”nda Rusiyanı məhz bu kədərdən, çıxılmaz girdabdan xilas etmək üçün çalışır. Bu məqamda Qorki ilə Platonov doğmalaşır. Halbuki Platonov Qorkini qətiyyən sevmir, ona nifrət edirdi. Qorki öz böyük istedadını totalitar sistemə xərcləmişdi və elə həmin sistem də onu məhv etdi. Platonov isə dalandar işləsə də susmayan vicdanı ilə quruluşa qarşı döyüşürdü. Stalin onu oğlunu həbs etməklə, özünü işsiz qoymaqla cəzalandırmışdı. O isə ömrünün sonuna qədər müqavimət göstərdi.
Qayıdaq Qorkiyə.
Matvey rus qəza şəhəri Okurovda dünyaya göz açıb, yeddi yaşında anası onu atıb gedib, uşaq əhlikef mülkədar olan atası Savel İvanıçın ümidinə qalıb. Ömrünün qürub çağına çatmış qoca Kojemyakin vaxtını xatirələrini yazmaqla keçirir. Bütün ömrü boyu həyatına məna qatmaq istəyən bu qocanın xilası bu dəftərlərdədir. Oxucu bu dəftərlər vasitəsilə onun timsalında Okurov şəhərinin insanları, onların kədərli həyatı ilə tanış olur. Mujiklər heyvani instinktlərlə, məqsədsiz şəkildə yaşayıb ömürlərini başa vururlar, onlar düşdükləri vəziyyətin mahiyyətini dərk etməkdə acizdirlər. Matveyin atası özündən xeyli cavan bir qadını evə gətirib özünə arvad etmək istəyir, amma qoca bu qadının təbii ehtiyaclarını ödəməkdə acizdir, qadına gənc, qüvvətli ər lazımdır. Palaqa öz hisslərinin girovuna çevrilir, o, Matveyə belə deyir:
“Axı sən ki, balaca deyilsən, özün görürsən ki, sənin atan qocadır, zəifləyib, amma mən cavanam, nəvaziş istəyirəm”!
Matvey Palaqa ilə zina edir və bundan sonra ailədə faciəvi hadisələr baş verir. Qoca ata onların arasındakı intim münasibəti hiss edib gənc qadını döyür və özü də iflic keçirib yatağa düşür. Savel İvanıç dünyasını dəyişdikdən sonra Palaqa da ölümcül zədə aldığından qanaxmadan dünyasını dəyişir. Palaqanın ölümqabağı Matveyə dediyi sözlər bu əyalət şəhərini tam dəqiqliyi ilə xarakterizə edir: “Bizim hamımız, sənin atan da, mən də burada su daşqınına düşmüş dovşanlar kimi kiçik bir adaya yığışmışıq, hamımız kimsəsiz, yetim və kor adamlar kimiyik”.
Matvey özünü ətraf aləmdən büsbütün təcrid etmiş, özü də toplum üçün yad bir ünsürə çevrilmiş qəribə bir tipdir. Matveyin idarəetmə bacarığı yoxdur, o, savad və bilikdən məhrumdur, onu sadəcə, heyvani instinktlər idarə edir. Ona camaat içində “analığının əri” deyə tənə edirlər. O, əri sürgündə olan Yevgeniya Petrovnaya da aşiq olur, keşişin qohumu olan dul gəlin Avdotyanı da ələ keçirməyə çalışır. Amma o, bu sevgilərində hiyləgər deyil, səmimidir, düşünür ki, qəlbindəki boşluğu bu qadınlardan biri doldura bilər. Matveyin qadın nəvazişinə ehtiyacı var, yaşı artsa da böyüməyib, hələ də bir qadının isti qucağına sığınıb acılarını unutmaq istəyir. Qorki bir qəlbin faciəsinə nüfuz edir, Matveyin timsalında oxucunu rus insanının aqibəti haqda düşünməyə vadar edir. Yevgeniya Petrovna mübarizə qadınıdır, ərini inqilabi ideyalarına görə sürgünə yollayıblar, özü də bu ideyalarla silahlanmış dişi aslandır. Matveyə qarşı onun ürəyində rəhm hissi yaranır, sevgi yox, məhz rəhm hissi. Qadın Matveyin mənəvi aləminin nə qədər kasıb olduğunu, öz düşdüyü mühiti, zümrəsini və rus insanının problemlərini dərk etməkdə aciz olduğunu görür və onun bu halına ürəkdən acıyır. Kirayənişin kimi onun evində qaldığı günlərdə Matveyin yeknəsək həyatına azacıq məna qatmağa çalışır. Matvey yenə onu anlamaqda çətinlik çəkir.
“Axı biz ikimiz də insanıq. Bəs necə olur ki, mən sizi anlamaqda çətinlik çəkirəm?” Matveyin verdiyi bu sual Çexovun “Qüssə”sində, Platonovun “Üçüncü oğul”undakı konfliktin mənbəyi, özəyidir. İnsanlar bir-birini anlamaqda çətinlik çəkir. Bu da tənhalığın yükünü ağırlaşdırır, insanın taleyi ətrafında keçilməz hasarlar ucaldır... Bu əsərlərin üçünün də əsas qəhrəmanı tənhalıqdır. Bir məqam da var ki, bütün böyük əsərlər məhz tənhalıqda yazıçı öz daxili dünyası ilə baş-başa qalanda - yaranır. Bədii mətn də tənhalığın məhsuludur.
Kənan Hacı
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12

Xəbər lenti
01 İyun 10:57

Analitik
01 İyun 10:52

Siyasət
01 İyun 10:42
