Dil “bəlası”: problemlər və çıxış yolları
20.04.2022 [10:51]
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Fəxri Uğurlunun moderatorluğu ilə ana dilimizin, dilçiliyimizin problemlərinə həsr olunmuş diskussiya aparılıb. Müzakirəyə AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov (Göytürk) qatılıb. Söhbətin mətnini təqdim edirik.
Fəxri Uğurlu: Sizcə, bu gün dilimizin, dilçiliyimizin başlıca problemi nədir?
Nadir Məmmədli: Kadrları düzgün yerləşdirmək lazımdır. Təsəvvür eləyin ki, adamın ixtisası dil nəzəriyyəsidir, amma özü türk dillərini araşdırır. Hər kəsi öz ixtisasına uyğun, təyinatı üzrə yerləşdirmək lazımdır.
Fəxri Uğurlu: Yazı dilini canlı dilə yaxınlaşdırmaq üçün hansı işlərin görülməsini vacib sayırsınız?
Nadir Məmmədli: Ədəbi dillə danışıq dili bir-birindən fərqlənir, amma ədəbi dilin bazası canlı xalq dili, dialektlərdir. Buna baxmayaraq ədəbi dillə danışıq dilini qarışdırmaq olmaz. Ədəbi dil normalaşmış dildir, onun oturuşmuş qanunları var, bütün dünya xalqlarında belədir. Hər dövrün özünün ədəbi dil norması var.
Qulu Məhərrəmli: Dilin problemləri deyəndə biz nəyi, konkret hansı sahəni nəzərdə tuturuq? Dilçiliyin problemlərini, yoxsa göz önündə olan məsələləri, tutalım, mətbuatın, televiziyaların dilini? Bunlar fərqli problemlərdir. Məncə, bu gün əsas diqqət televiziyaların, radioların, şou aparıcılarının, şəhəri bürümüş reklamların, elanların, bildirişlərin dilinə yönəldilməlidir. Bir də, əlbəttə, qəzetlərin dili. Saytların dilindənsə heç danışmağa dəyməz. Saytlar çoxaldıqca sanki dil daşıyıcılarının da sayı artır. Bir sayt sərlövhəsindən tutmuş orfoqrafik səhvlərinə qədər çox zərərli dillə bir material dərc eləyir, başqa saytlar onu kopyalayıb olduğu kimi yerləşdirirlər, beləliklə həmin nöqsanlar ciddi şəkildə tirajlanır. Nəzəri baxımdan yanaşsaq, əlbəttə, Azərbaycan dilinin bazası canlı xalq dili, dialektlər, şivələrdir. Bu gün dil korpusunu yaratmaq lazım gəlsə, biz bunları əhatə eləməliyik. Dillə bağlı iyirmidən çox rəsmi dövlət sənədi var, yüksək səviyyələrdə çox ciddi addımlar atılıb. Ancaq dil qaydalarına nəzarətlə bağlı xeyli problem var. Çoxumuz xarici dillərdə reklamların, adların çoxluğundan gileylənirik, amma çox az adam bilir ki, bunun incəlikləri var. Kommersant istəyir ki, firmasına, məsələn, “Afrodita” adı versin, milli ad qoymaq istəmir. Bizim ictimai şüurumuz o həddə çatmalıdır ki, zahiri effektlərlə yox, mahiyyətlə məşğul olaq.
Nadir Məmmədli: Türkmənistanda belə bir qanun var - istənilən reklamın, afişanın küçəyə vurulması üçün dilçilik institutundan icazə alınmalıdır.
Qulu Məhərrəmli: Uzağa niyə gedək, sizə elə Naxçıvandan misal gətirim. İki il bundan qabaq ora getmişdim, fikir verdim ki, reklamların, elanların dili səliqəlidir. Reklam vermək istəyən Nazirlər Kabinetinə müraciət edir, orada ona standart formada mətn yazıb verirlər. Dilçilik İnstitutunda o zaman monitorinq şöbəsi yaradanda biz bu məsələləri həll eləmişdik. Tutalım, küçə adlarının verilməsiylə məşğul olan idarəylə müqavilə bağlamışdıq. Onlar şöbənin hesabına ayda beş min, on min pul köçürüb sənədlərini göndərirdilər bizə. Əməkdaşlarımız o sənədləri diqqətlə gözdən keçirirdilər. Məsələn, biz deyirdik ki, “Nizami küçəsi” yazmayın, yazın “Nizami Gəncəvi küçəsi”. Yaxud küçə boyunca bir neçə yerə Nizamiylə bağlı bilgi lövhələri vurulsun. İdarənin köçürdüyü pullardan əməkdaşlar maaş, mükafat alırdılar, ona görə də bu işi həvəslə yerinə yetirirdilər. Çox təəssüf ki, həmin ənənəni sonra davam etdirə bilmədik. Bunun da obyektiv səbəbləri var, istəmədilər Dilçilik İnstitutu o istiqamətdə getsin.
Şahlar Göytürk: Qloballaşma dillə bağlı proseslərə də təsirsiz ötüşmür. XXI yüzillik terminlər əsridir. Bir azdan abreviaturlar dövrü gələcək. Bizim kimi gözləmə mövqeyində olan, inkişaf etməkdə olan dillərə bu proseslər çox böyük təsir göstərəcək. Ona görə də həyəcan təbili çalmağın vaxtı yetişib. Bu məsələ məni də çox düşündürür: biz neyləyə bilərik, hansı profilaktik tədbirlər görə bilərik?
Nadir Məmmədli: Ancaq Monitorinq Mərkəzinin tədbir görmək səlahiyyəti yoxdur, yalnız nöqsanları qeydə alır...
Şahlar Göytürk: Bəli, bizim vəzifəmiz bütün nöqsanları vicdanla, şəffaflıqla qeydə alıb lazımi ünvanlara çatdırmaqdır. Bura proqnozlaşdırmanı da əlavə edə bilərik. Üst-üstə götürəndə indiyə qədər on minə yaxın fakt ortaya qoymuşuq. Məni terminlərin dilə axını narahat eləmir, termin gələr də, gedər də. Problem bundadır ki, bizdə yanlış şeylərə düşüncə, qulaq alışqanlığı var. Məsələn, sayta başlıq çıxarırlar: “Rusiyanın itkiləri yeniləndi”. Adını qənaət prinsipi qoymuşuq, amma dil semantik baxımdan deqradasiyaya uğrayır. Bu qəbildən çoxlu nümunə var. Yaxud da: “İlin az sərfiyyatlı avtomobilləri açıqlandı”. Bu necə cümlədir? Məzmunu tuturuq, anlayırıq nə demək istəyir, ancaq belə yazmaq olmaz. Tərcümə ədəbiyyatında, dublyajlarda, reklamlarda çox ciddi problemlər var. Mən bura özümlə iki yüz əlliyə yaxın söz gətirmişəm ki, bunlar bizim orfoqrafiya lüğətinə düşməyib. Statistika çox önəmli məsələdir. İngilis dilinin orfoqrafik lüğətində 400 mindən çox, rus dilində 150-200 min söz var. Bizə gəlincə, mən araşdırmışam ki, son beş il ərzində lüğətimizdən 20 mindən çox söz çıxarılıb. Ancaq iyerarxiya belədir ki, bu proses sadədən mürəkkəbə doğru getməlidir, yəni bu illər ərzində dilimizə bir neçə min söz gəlməliydi.
Qulu Məhərrəmli: Biz əgər müasir orfoqrafiya lüğəti hazırlayırıqsa, oradan köhnəlmiş, işlənməyən sözlər çıxarıla bilər, bir şərtlə ki, Azərbaycan dilinin özünün ayrıca korpusu hazırlansın, Oksford lüğəti kimi bir neçə yüz min söz düşsün ora, axtaran istədiyi sözü tapsın. Nadir müəllim bir müddət əvvəl Dilçilik İnstitutunun dilimizin korpusunu hazırladığı barədə məlumat verəndə mən çox sevindim. Amma məncə, indiki səviyyədə təşəbbüs göstərmək azdır. Nadir Məmmədli dili kifayət qədər bilən, dil praktikasıyla bağlı olan adamdır, amma eyni zamanda bu, bir dövlət işidir, bu məsələni Dilçilik İnstitutunun indiki bazasıyla, o cümlədən maliyyə bazasıyla həll eləmək mümkün deyil.
Nadir Məmmədli: Prosesləri qabaqlamayaq, hələ vaxtımız var...
Fəxri Uğurlu: Klassik ədəbiyyatımızda, dialektlərimizdə ümumi istifadədən kənarda qalmış xeyli dəyərli söz var. Birinə arxaizm, birinə ləhcə deməklə bu sözləri ümumişlək dildən çıxdaş eləmişik. Məncə, bu sözlərin bir qismi ədəbi dilə gətirilsə, yazı dilimiz daha da zənginləşər. Məsələn, Süleyman Rəhimovun əsərləri bu baxımdan dəryadır...
Nadir Məmmədli: Bu söhbət ötən əsrin əvvəllərində də olub. Bəkir Çobanzadə yazırdı ki, dili necə zənginləşdirmək olar? Bunun üç yolu var: birincisi, hansısa anlayışı vermək üçün söz tapmırsansa, canlı danışığa, dialektlərə müraciət elə. Orada tapmasan, başqa türkdilli xalqların söz bazasına baş vur. Yox, əgər qohum xalqların dilində də tapmasan, onda Avropa dillərinə müraciət elə.
Fəxri Uğurlu: O prinsip bu gün də qüvvədədirmi?
Nadir Məmmədli: Əlbəttə, biz bu prinsipə bundan sonra da riayət eləyəcəyik. Məsələn, bizim dilimizdə bazubənd sözü var, “Koroğlu” dastanında, başqa dastanlarımızda işlənən sözdür. Görürsünüz, burada bir bənd sözü var - nəyinsə qarşısını alan, nəyisə bağladan. Bənd sözüylə bağlı nə qədər sözümüz var! Şlaqbaum yerinə yol bəndi deyə bilmərikmi? Bu minvalla söz yaradıcılığını inkişaf etdirmək olar. Burada bir məsələ var - hansı sözü dialektdən götürmək doğrudur. Yaxud hansı beynəlxalq sözü götürmək olar. Sən hər gələn sözü götürə bilməzsən, bunun bir qanunauyğunluğu var. Bir söz ən azı üç dialektdə işlənməlidir ki, sən onu ümumişlək sözə çevirəsən. Eləcə də əcnəbi dildən sözü o halda ala bilərsən ki, o söz ən azı üç sistemli dildə işlənir. Tutalım bir sözün Türkiyə türkcəsində işlənməyi hələ o demək deyil ki, sən də onu işlətməlisən. Hər dil sözü götürə bilmir, hər dil söz verə bilmir. Bu, dillərin inteqrasiyası, mədəniyyət faktorudur. Məşhur rus dilçilərindən biri deyir ki, əşya dilə söz gətirir. Tutaq ki, yeni bir əşya girdi sənin məişətinə, sən ona nə ad qoyacaqsan? O özüylə birgə adını da gətirir. Sonradan biz ona ad tapırıq.
Fəxri Uğurlu: Bəs bu söz yaradıcılığıyla kim məşğul olmalıdır? Alınma sözlərin təzyiqindən canımızı necə qurtara bilərik?
Qulu Məhərrəmli: Dil canlı orqanizmdir, sözü qəbul eləyəndən sonra onu içində əritməyə çalışır. Gəlmə söz bu dilə oturursa, işlənirsə, olur dilin öz sözü. Olmursa, dil onu vurub atır kənara, necə ki, dəniz artıq şeyləri ləpəylə qırağa çıxarır. Alınma sözlər həmişə olub. Zərdabi nə yazırdı, deyirdi elə ki sərhədlər açıldı, başqa ölkələrə gediş-gəliş başlandı, tacirlər elə bir məhsul alıb gətirirlər ki, ondan sənin ölkəndə yoxdur. Məsələn, bizdə “Ayfon” var, buna nə ad qoya bilərsən?
Nadir Məmmədli: Yaxud da video sözünü götürək, bəyəm bizim ata-babamız video görmüşdü?
Qulu Məhərrəmli: Belə sözlər gələcək də, işlənəcək də. Amma həmkarlamın mövqeyilə mən də razıyam ki, bunların işləkliyini süni şəkildə artırmaq olmaz. Üzeyir bəy bu məsələni çox gözəl qoyub: deyir ki, əgər bir dildə alınma söz də, dilin öz sözü də varsa, hansını işlətməliyik? Cavabı belədir: hansı söz mənanı daha doğru, daha dürüst ifadə eləyirsə, onu da işlətməliyik.
Nadir Məmmədli: Bax, kompüteri idarə eləyənə “siçan” demək gülüş doğurur, ona görə də “mışka” demək ondan doğrudur. Alınma söz dilin normalarına tabe olan, bizə lazım olan sözdür. Əcnəbi sözlə alınma sözü qarışdırırlar, alınma söz dilə ehtiyacdan gələn sözdür.
Fəxri Uğurlu: Türkiyədə, bir çox başqa ölkələrdə dil qurumları fəaliyyət göstərir, bütün bu məsələləri nəzarətdə saxlayır. Bizdə də bu praktikadan yararlanmaq olmazmı?..
Ardı var
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

