Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən il təbii fəlakətlər nəticəsində sığorta itkilərinin həcmi 108 milyard dollara çatıb

Ötən il təbii fəlakətlər nəticəsində sığorta itkilərinin həcmi 108 milyard dollara çatıb

13.01.2026 [19:52]

2025-ci ildə təbii fəlakətlər nəticəsində qlobal miqyasda sığorta itkilərinin həcmi 108 milyard dollar təşkil edib.

AZƏRTAC beynəlxalq sığorta şirkəti “Munich Re”nin açıqladığı hesabata istinadla xəbər verir ki, bu göstərici 2024-cü ildəki 147 milyard dollar səviyyəsi ilə müqayisədə 26,5 faiz azdır. Şirkət qeyd edib ki, ABŞ-ın materik hissəsinin son 10 ildə ilk dəfə qasırğalardan yayınması itkilərin azalmasına təsir göstərib.

Hesabatda vurğulanır ki, sığorta itkilərinin əsas hissəsi daşqınlar, meşə yanğınları və güclü fırtınalar ilə bağlı olub. Bu fəlakətlər üzrə itkilər 98 milyard dollar təşkil edərək son 10 ildə inflyasiya ilə tənzimlənmiş orta göstərici olan 60 milyard dolları xeyli ötüb.

Şirkətin məlumatına görə, 2025-ci ilin ən baha başa gələn sığortalı fəlakəti Los-Anceles meşə yanğınları olub. İkinci yerdə isə mart ayında ABŞ-ın mərkəzi və cənub ştatlarında bir neçə gün davam edən güclü tufanlar qərarlaşıb.

Avropa Ətraf Mühit Agentliyinin ötən ilin iyununda dərc etdiyi hesabatda bildirilib ki, 2015-2024-cü illər arasında qlobal orta temperatur sənayeöncəsi dövrlə müqayisədə 1,24–1,28°C daha yüksək olub ki, bu da həmin dövrü ən isti onillik edib.

Sığorta ilə əhatə olunmayan zərərlər də daxil olmaqla, təbii fəlakətlər üzrə ümumi itkilər 2025-ci ildə 224 milyard dollar təşkil edib. Bu göstərici son 10 ilin orta səviyyəsindən aşağı olmaqla yanaşı, 2024-cü ildəki 368 milyard dollardan da 39,1 faiz azdır.

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30