Dünya maliyyəçiləri ÜDM-dən imtina məsələsini müzakirə edəcəklər
14.01.2026 [09:30]
BMT-nin təşəbbüsü ilə bu həftə dünyanın aparıcı maliyyəçiləri rifah və inkişaf meyarı kimi ÜDM-dən imtina olunması məsələsini müzakirə edəcəklər. Bu barədə təşkilatın məlumatında bildirilib. Baş katib Antonio Quterreşin BMT-nin Ticarət və İnkişaf Agentliyi (UNCTAD) və digər tərəfdaşlar tərəfindən dəstəklənən “ÜDM-dən kənarda” təşəbbüsü çərçivəsində qlobal siyasətin Qlobal Daxili Məhsul məlumatlarından həddindən artıq asılı olması barədə xəbərdarlığını aparıcı iqtisadçılar da qəbul edirlər. Baş katib bildirib: “Hər gün inkişafın iqtisadi, sosial və ekoloji ölçülərini tarazlaşdıra bilmədiyimizin ağır nəticələrinin şahidi oluruq. ÜDM-dən kənara çıxmaq indi və gələcəkdə hər kəs üçün vacib olan amillərə - insan rifahına dəyər verən iqtisadi sistem qurmaq üçün vacibdir”.
Bir çox yüksəkvəzifəli iqtisadçı da onun bu fikri ilə razıdır. Onlar hesab edirlər ki, ÜDM həyatı dəstəkləyən və insanların rifahına töhfə verən fəaliyyətlərdən daha çox planeti tükəndirən işlərin təqdir edilməsi vasitəsinə çevrilib. Yəni burada bəşəriyyətin gələcəyi üçün mühüm olan amillər arxa plana atılır.
Yüksək Səviyyəli Ekspert Qrupunun bəyanatında qeyd olunur ki, bu gərginlik iqlim dəyişikliyi, pisləşən ekosistemlər və biomüxtəlifliyin itirilməsi, artan münaqişələr, ərzaq təhlükəsizliyi və tarixi bərabərsizliklər kontekstində getdikcə daha da kəskinləşir.
Bu həftənin sonunda Cenevrədə keçiriləcək müzakirələr ekspert qrupunun ötən ilin may ayında təsis edildiyi vaxtdan bəri ikinci görüşü olacaq; onun məqsədlərinə qlobal idarəetməni daha inklüziv və effektiv etmək daxildir. Qrupun həll etməli olduğu çətinliyi qeyd edən iqtisadçılar bildirirlər ki, müasir dünyada rifah və inkişaf amilləri ÜDM meyarı ilə uyğun gəlmir.
Qeyd edək ki, müzakirələrə 10-dan çox tanınmış iqtisadçı, o cümlədən Nobel Mükafatı laureatı Cozef Stiqlitz, hind iqtisadçısı Kauşik Basu və kapital üzrə ekspert Nora Lustiq daxildirlər.
Nardar
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

