BMT-də islahatlar aparılacaqmı?
13.01.2026 [10:17]
ABŞ-ın bir sıra təşkilatları tərk etməsi prosesə təkan verə bilər
ABŞ Prezidenti Donald Tramp ötən həftə Birləşmiş Ştatların onlarla beynəlxalq və BMT təşkilatından, o cümlədən əsas iqlim müqaviləsindən, habelə gender bərabərliyini və qadınların səlahiyyətlərini təşviq edən BMT qurumundan çıxması ilə bağlı açıqlama verib. O qeyd edib ki, bu təşkilatlar “ABŞ-ın milli maraqlarına zidd hərəkət edir”. ABŞ lideri bununla əlaqədar sərəncam imzalayıb.
ABŞ BMT-nin 31 strukturunu tərk edib
“Reuters” agentliyi xəbər verir ki, Trampın icra sərəncamı bütün ABŞ federal qurumlarından 31 BMT strukturunun, həmçinin digər 35 qurumun fəaliyyətində iştirakını və onların maliyyələşdirilməsini dayandırmağı tələb edir. Ağ Evin bəyanatında deyilir: “Bu ixtisarlar Amerika vergiödəyicilərinin maliyyələşdirilməsinə, qlobal maraqları ABŞ-ın prioritetləri hesabına inkişaf etdirən və ya vacib məsələləri qeyri-səmərəli şəkildə həll edən təşkilatlarda iştirakına son qoyacaq ki, ABŞ-ın vergiödəyicilərinin pulları müvafiq missiyaları digər vasitələrlə dəstəkləmək üçün daha yaxşı istifadə edilsin”.
Trampın bu addımı onun çoxtərəfli qurumlara, xüsusən də Birləşmiş Millətlər Təşkilatına qarşı uzun müddətdir davam edən ehtiyatlı mövqeyini əks etdirir. O, beynəlxalq təşkilatların effektivliyini, xərclərini və hesabatlılığını dəfələrlə şübhə altına alaraq, onların tez-tez ABŞ maraqlarına xidmət etmədiyini iddia edib. Tramp prezidentliyinin ikinci müddətinin əvvəlindən bəri ABŞ-ın BMT-yə maliyyələşdirməsini azaltmağa, BMT İnsan Hüquqları Şurasındakı iştirakını dayandırmağa və BMT-nin mədəniyyət təşkilatı olan UNESCO-dan çıxmağa çalışıb. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq planlarını açıqlayıb. ABŞ-ın siyahısına, həmçinin BMT-nin Ticarət və İnkişaf Konfransı, Beynəlxalq Enerji Forumu, BMT-nin Adi Silahlar Reyestri və Sülh Quruculuğu Komissiyası daxildir.
Quterreş Ağ Evin qərarından təəssüflənib
BMT-nin Baş katibi Antonio Quterreş isə Ağ Evin ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının bir sıra qurumlarından çıxmaq qərarı ilə bağlı açıqlamasından təəssüfləndiyini bildirib. Bununla əlaqədar verilən bəyanatda qeyd olunduğuna görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleya tərəfindən təsdiq edilmiş müntəzəm büdcəsinə və sülhməramlı büdcəyə ödənilən töhfələr BMT Nizamnaməsinə əsasən Birləşmiş Ştatlar da daxil olmaqla, bütün üzv dövlətlər üçün hüquqi öhdəlikdir. “BMT-nin bütün qurumları üzv dövlətlər tərəfindən verilən mandatlarının icrasını davam etdirəcək. BMT-nin ondan asılı olanların xeyrinə çalışmaq məsuliyyəti var. Biz mandatlarımızı qətiyyətlə yerinə yetirməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.
Əslində, D.Trampın məlum qərarının səbəbini ABŞ-da yox, BMT və onun strukturlarında axtarmaq lazımdır. Tramp və administrasiyası da anlayır ki, bu təşkilatlar keçmişdə qalıb, müasir çağırışlara cavab vermir, effektiv deyillər. Bununla əlaqədar ortada Azərbaycan nümunəsi var. Ötən il rəsmi Bakı bir sıra qeyri-effektiv beynəlxalq təşkilatlarda fəaliyyətini dayandırdı. Bu sırada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNDP kimi təşkilatların Bakıdakı ofisləri var idi. Bu baxımdan, rəsmi Bakı dəfələrlə BMT də daxil olmaqla bir çox beynəlxalq təsisatların qeyri-səmərəli olduğunu, bir çoxunun isə müəyyən qüvvələrin əlində təzyiq alətinə çevrildiyini vurğulayıb.
Azərbaycan dəfələrlə BMT strukturlarında islahatlar aparılmasının zərurliyini bəyan edib. Çünki dünyanın ən böyük təşkilatı olan BMT-nin faktiki səmərtəsiz quruma çevrilməkdədir. Bu səəbəbdən də hətta Baş katib Quterreş də ötən il təşkilatda islahatlar aparılmasının zərurliyini vurğulamışdı. Belə ki, o, ötən il BMT-nin yaradılmasının 80 illik yubiley tədbirində bəyan edib: “Mənim məqsədim səlahiyyətlərimə aid olan sahələrdə mümkün qədər tez hərəkət etmək və üzv dövlətləri özlərindən asılı olan bir çox qərarları nəzərdən keçirməyə çağırmaqdır. Hazırda BMT-nin fəaliyyətinə ehtiyac böyükdür və məqsəd aydındır: insanlara xidmət edən və XXI əsrə uyğunlaşdırılmış daha güclü və daha effektiv Birləşmiş Millətlər Təşkilatı formalaşdırmaq”.
Beynəlxalq hüquqa nəzarət...
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.
“Dünya beşdən böyükdür” çağırışına Azərbaycandan dəstək
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.
Artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur. ABŞ Prezidentinin məlum qərarı bu prosesi sürətləndirə bilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35

