Bakı və Abşeronun su təchizatında yeni dövr
14.01.2026 [10:35]
Artan geosiyasi gərginliklər və intensivləşən iqlim dəyişmələri fonunda su təhlükəsizliyi hər bir ölkə üçün milli təhlükəsizliyin çox mühüm tərkib hissəsi qismində çıxış edir. Bu baxımdan, paytaxt Bakının və regionların su təminatının yaxşılaşdırılması hədəfinin ölkə gündəliyinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirİlməsi təqdirəlayiq haldır.
Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev yanvarın 12-də imzaladığı müvafiq sərəncamla “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. Eyni zamanda, həmin tarixdə dövlət başçısının sədrliyi ilə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədəki çıxışında son illərdə ölkəmizdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev su təminatının önəminə xüsusi diqqət çəkib.
Ölkə boyunca həyata keçirilən su layihələri
Azərbaycan dövlətinin ölkənin su təminatı məsələsinə həssas yanaşması təsadüfi deyil. Bu məsələnin aktuallığını artıran bir sıra ciddi amillər var. İlk növbədə onu qeyd edək ki, respublika üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir. Qonşu ölkələrdən, xüsusilə də Ermənistan ərazisindən daxil olan suların mütəmadi olaraq çirkləndirilməsi də çox ciddi problemdir. Eyni zamanda, qlobal iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması su ehtiyatlarının həcminə mənfi təsir göstərir. Digər bir vacib faktor isə Azərbaycanın davamlı inkişafı ilə bağlıdır. 2004-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq regional inkişaf proqramları qəbul edilib. Həmin proqramların icrası çərçivəsində bölgələrimiz də iqtisadi güc mərkəzlərinə çevrilib, regionlarda iri təsərrüfatlar yaradılıb və beləliklə də, suvarma və içməli su təchizatı üzrə şəbəkələr genişləndirilib. Bütün bunların nəticəsi olaraq suya tələbat artıb. Bu kimi reallıqlar nəzərə alınmaqla son 22 ildə ölkəmizdə genişmiqyaslı su layihələrinin icrasının prioritetliyi təmin edilib. “Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir”, - deyə Prezident İlham Əliyev müşavirədəki çıxışında vurğulayıb.
Son 22 ildə ölkəmizdə uzunmüddətli məqsədlərə hesablanan ardıcıl su siyasətindən bəhs edərkən bir sıra mühüm qərarların önəmini xüsusi qeyd edə bilərik. Dövlət başçısının 2020-ci il 15 aprel tarixli sərəncamı əsasında ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq komissiya yaradılıb. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair tədbirlər planı təsdiqlənib ki, buna uyğun olaraq ölkə üzrə genişmiqyaslı işlər həyata keçirilir. Həmçinin 2024-cü il 10 oktyabr tarixli sərəncamla 2024-2040-cı illər üzrə su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya təsdiqlənib. Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2023-cü il 30 mart tarixli fərmanı ilə vahid qurum kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
Aparılan məqsədyönlü siyasətin tərkiib hissəsi olaraq son 22 ilddə bütün ölkə boyunca genişmiqyaslı su layihələri reallaşdırılıb. Dövlət investisiya qoyuluşu hesabına həyata keçirilən belə layihələrinin statistikası kifayət qədər zəngindir. Bəhs olunan dövrdə “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası, Samur-Abşeron su kəmərinin yenidən qurulması və əksər şəhər və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilməsi respublikamızın su təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Yeni inkişaf dövründə əsas məqsəd bu dayanıqlılığı daha da gücləndirməkdir : “Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.
Məqsəd dayanıqlı içməli su ilə təminatı yaratmaqdır
Yeni Dövlət Proqramının təsdiqlənməsi bir sıra vaciib amillərlə şərtlənir. Müşavirədə vurğulandığı kimi, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb. Həmin vaxtdan bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb. Buna görə də mövcud infrastruktur artan həcmləri fiziki olaraq qəbul etmək iqtidarında deyil. Eyni zamanda, əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri də standartlara cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatıb. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilib. Digər bir vacib məsələ itkilərlə bağlıdır. Hazırda su itkiləri 46 faizə yaxındır ki, bu da Avropa ölkələri ilə müqayisədə çox böyük həcmdir. Bu kimi reallıqlar Dövlət Proqramının təsdiqlənməsinin zəruriliyini bütün cəhətləri ilə ortaya qoyur.
Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Proqram 2026-2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026-2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. 2031-2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Dövlət Proqramında, həmçinin Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilib. Proqramın geniş əhatə dairəsinə malik olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq, 200 kilometrdən çox magistral kanallar və o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq. Yeni su anbarları tikilməklə sayı 30-a yaxın olacaq. Sayğaclaşdırma 100 faizə çatdırılacaq. Fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edirsə, proqramın icrası nəticəsində bu rəqəm 95 faizə çatacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

