Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ağ Ev: Neft tankerləri Venesuela limanlarını yalnız ABŞ-ın icazəsi ilə tərk edəcək

Ağ Ev: Neft tankerləri Venesuela limanlarını yalnız ABŞ-ın icazəsi ilə tərk edəcək

13.01.2026 [12:50]

Yalnız ABŞ tərəfindən təsdiqlənmiş neft tankerlərinə Venesuela limanlarını tərk etməyə icazə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.

Onun sözlərinə görə, Prezident Donald Tramp bunu açıq şəkildə bildirib: “Venesueladan yalnız ABŞ tərəfindən icazə verilən neft tankerləri yola düşəcək və biz dövlətə məxsus olmayan gəmiləri ələ keçirməyə davam edəcəyik”.

Mətbuat katibi, həmçinin qeyd edib ki, ABŞ Venesuelada seçkilərin təşkili ilə bağlı müzakirələrin aparılması üçün hələ tez olduğunu düşünür. Eyni zamanda, Levitt bildirib ki, Venesuela hakimiyyəti müvəqqəti prezident Delsi Rodriqezin rəhbərliyi altında əməkdaşlığa hazırdır.

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30